Propolis nədir?

Propolis bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Arılar çöldən yem gətirən zaman yeşiklərin girişindən keçəndə ayaqlarını propolis sərilmiş yerə basırlar ki, ayaqları dezinfeksiya olunsun və yeşiyin içinə mikrob gətirməsinlər. Bundan əlavə yeşiyin açıq qalan deşiklərini də propolislə tuturlar. Onu da nəzərinizə çatdırım ki, arıların ayaqlarının altındakı propolisin tərkibi yeşiyin başqa yerindəki propolisin tərkibi ilə eyni deyildir. Daha dəqiq desək, ayaq altındakı propolis daha keyfiyyətlidir, antibakterial maddələrlə daha zəngindir. Propolis alanda belə nüanslara diqqət etmək önəmlidir. Arılar yuvaya girmiş böyük həşəratları öldürəndən sonra bayıra çıxarmağa gücləri çatmayanda, onun üzərini propolislə örtürlər, bir növ, mumyalayırlar. Belə mumyalanan həşərat xarab olmadan illərlə qalır və heç bir ziyan vermir.

Propolis bitməz bir şəfa mənbəyidir.

Propolis – çox güclü spazmolitikdir. Belə ki, propolisin analgetik (keyidici) xüsusiyyəti novokaindən 10 dəfə çoxdur. Buna görə də ağız boşluğunda, boğazda olan yaraların müalicəsində və güclü diş ağrılarında 20% li propolis məhlulu ilə həm qar-qara olunur, həm də daxilə qəbul edilir. Bundan başqa həm daxili göbələklər zamanı, həm də dərinin göbələk zədələnmələrində ən faydalı təbii vasitə yenə də 20%–li propolis məhluludur. Belə ki, dərinin göbələk xəstəlikləri zamanı gündə 2 dəfə zədəli nahiyələr pambığa batırılmış propolis məhlulu ilə silinir. Daxilə isə gündə 3 dəfə 1 çay qaşığı yarım stəkan suya qarışdırılıb içilir.

– Propolis zəngin tərkibinə görə çox güclü immunostimulyatordur.

–Propolisin tərkibindəki flavonoidlər və polifenollar onu xərçəngin müalicə və profilaktikasında faydalı edir.

– Dəri səpgilərində, sızanaqlarda, aknelərdə xaricə istifadə olunur.

– Mikrob xəstəliklərində, revmatizmdə, revmatoid poliartritdə həm ağrıları azaltmaq üçün oynağa çəkilir, həm də 20 faizli məhlulu daxilə qəbul olunur. Bu zaman propolis məcunundan istifadə etmək çox faydalıdır.

Hazırlanması:

50 qram propolis soyuducuda dondurulur, sonra həvəngdəstədə döyülüb toz halına salınır və 1 kq bal ilə qarışdırılır. Üzərinə 100 qram çiçək tozu əlavə olunduqda daha keyfiyyətli qarışıq alınır.

Propolis məcunundan halsızlıqda, iştahasızlıqda, xroniki mədə-bağırsaq yaralarında, daxili orqanların göbələk zədələnmələrində, vitamin defisitində, sümük əriməsində, qadınlarda menstruasiya pozulması zamanı, yüksək xolesterində, hamiləlik toksikozlarında, revmatizmdə və prostat vəzin xəstəliklərində istifadə olunur. Bu xəstəliklərdən sonra qanda prostaqlandinlərin miqdarı artır, nəticədə də insan daim narahat və əsəbi olur, bədənində ağrı hiss edir. Toxumalarda prostaqlandinlərin miqdarını azaltmaq üçün ən təsirli vasitə propolis məcunudur.

Bu məcun, eyni zamanda bütün virus xəstəliklərində – müxtəlif mənşəli qriplərdə, hepatit A, B, C-nin müalicəsində çox faydalıdır. Həmçinin ağciyər xəstəlikləri zamanı, xüsusən də bronxitlər, vərəm, emfizemalarda istifadə oluna bilər.

Qadınlarda uşaqlıq eroziyaları zamanı 20%-li propolis 1 stəkan suya qarışdırılır və şırınqa edilir.

Buzluqda dondurulub toz halına salınmış 20 qram propolis istifadə olunan şampunun içinə əlavə edilir. Bu şəkildə zənginləşdirilmiş şampun kəpəklənmə və seboreya əleyhinə çox faydalıdır.

20%-li propolis məhlulunun hazırlanması:

20 qram propolisi 100 qram 70 faizli spirtin içində həll edib pambıqdan süzün, qətrandan təmizləyin, 50 dərəcəyədək isidib kənara qoyun, bu zaman tərkibindəki spirt uçacaq, bundan sonra istifadə edə bilərsiniz.

Qulaq infeksiyaları zamanı bu məhluldan gündə 3 dəfə hər dəfə 2-3 damcı qulağa tökə bilərsiniz.

Sinir ağrısı, üçlü sinir iltihabı, müxəlif mənşəli nevritlər və nevralgiyalar zamanı həm xaricə kompres edə bilərsiniz, həm daxilə məcun və ya məhlulundan qəbul edə bilərsiniz.

Ailələrdə bəzən böyük bir problemə çevrilən erkən boşalma zamanı propolis məhlulundan xaricə istifadə olunur.

Mədə-bağırsaq yaraları zamanı propolis məhlulu əvəzolunmazdır. Bu zaman gündə 3 dəfə yeməkdən əvvəl 20%-li propolis məhlulu yarım stəkan suya qarışdırılıb içilir. Bu qarışım, hətta helikobakter pilorinin inkişafının qarşısını alır.

(4,059 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.