1. Əgər dərinizdə irinli yaralar, çiban, kör çiban, trofik yaralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar vardırsa onda belə edin: bağayarpağı bitkisinin təzə yarpağını dərin, yuyun, üstünə inək yağı çörək üzərinə çəkilən kimi çəkin, sonra yumurulayın (xalça bükülən kimi) nazik məftillə bağlayın ki, açılmasın, sonra gümüşü yanmayan falqaya bükün və közün içinə quylayın, 20 dəqiqədən sonra götürün, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin. Xatırladım ki, bu reseptdən çöl şəraitində yaşayan insanlar və əsgərlərimiz istifadə edə bilərlər.

2. Qastritdə və kolitdə bağayarpağı
Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur əl ilə stəkana tökülür, yarım stəkan üstünə təmiz su tökülüb, blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir. Bunu gündə üç dəfə edin, bağayarpağının içindəki hormonal təsirli maddələr sürətlə yaranın sağalmasına səbəb olur.

3. Zob düyünlərində bağayarpağı
Zob düyünlərini əritmək üçün bağayarpağı yığılır, ət maşınından keçirilir və zobun üstünə qoyulur. Gündə 1 dəfə 2 saat bunu edin yavaş-yavaş zobunuz əriyəcəkdir, inshAllah.

4. Babasildə bağayarpağı
0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat təzə çəkilmiş bağayarpağı, yənə bir qat bağayarpağı, çalışın qatların qalınlığı 1 sm-dən çox olmasın, beləcə axırda yağ çəkib otapleniyanın üstündə 2 həftə saxlayın, sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin babasil düyünləri əriyəcəkdir.

5. Daban mahmızında bağayarpağı
Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban üstünə qoyulur 2 saat. Səhərlər isə axşama qədər 1 ədəd enli yarpaq bağayarpağı daban üstünə qoyulur, nazik bağlanılır və corab geyilir. Bunu gündüzlər 3-4 saat edin.

6. Şəkər xəstəliyində bağayarpağı
Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bir stəkan qatığı və ya kefirə qarışdırılır yeyilir.

7. Bronxitdə bağayarpağı
Enli yarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı, 1 stəkan suda və ya süddə dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.

(6,878 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.