Ayahuasca – Cənubi Amerikada bitən çox maraqlı bir bitkidir. Belə ki, Peru və Braziliyanın əhalisi ruhu bədəndən çıxaran, bundan sonra uzun müddət insanın öz cəsədinə tamaşa etməsinə səbəb olan ayahuasca bitkisinin təsiri ilə tanışdır.

Bitkinin yarpaqları yığılıb qaynadılır və içilir, bir saatdan sonra ruh bədəni tərk edir, bu proses 3 saata yaxın davam edir və insan cəsədinə yuxarıdan aşağı baxmağa başlayır. Bu zaman şamanlar müxtəlif ayinlər icra edirlər, guya bütün bunları onlar edir.

Maraqlıdır ki, xasiyyəti pis insanlar bu əməliyyatı bir dəfədən artıq etmirlər, çünki özlərini çox pis hiss edirlər, amma hamının yaxşı qəbul etdiyi insanlar bu əməliyyatdan sonra yüngüllük hiss edir və bəzən bu prosesi dəfələrlə təkrarlayırlar.

Maraqlıdır ki, bu bitkinin dəmləməsinin tərkibi ana bətnində olan 8 aylıq dölün alın cibində yerləşən maye ilə eynidir.

Bu mayenin tərkibi həm də epifiz vəzin ifraz etdiyi kimyəvi birləşmələrə uyğundur. Yenə də maraqlıdır ki, epifiz vəz məhz ölüm anında maksimal miqdarda hormon ifraz edir.

Bəzi istifadəçilərin fikrinə görə bu çay insanda qəlb gözünün açılmasına səbəb olur, insan öz cəsədini görür və dünyanın mənasızlığı haqqında düşünməyə başlayır.

Artıq bütün dünyadan hər il minlərlə insan həmin prosedurları qəbul etmək üçün Braziliya və Peruya üz tutur. Şimali Amerikada və Avropada isə daha çox psixoloqlar bu bitkidən istifadə edirlər.

Azərbaycanda ayahuasca bitkisi öyrənilməyib və bu kimi prosedurlar qadağan olunub.

(11,314 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.