Prostat vəzi adenomasının sadə müalicəsi. Prostat vəzinə boş yerə kişilərin “ikinci ürəyi” demirlər.

Hətta kişilər yaşlaşanda belə prostat problemləri ilə rastlaşanda prostat vəzini əldən vermək istəmirlər (yəni cərrahi əməliyyatla götürülməsini istəmirlər).

Məncə, düz edirlər, çünki aşağıda göstərdiyim məcundan istifadə edən insanlara cərrahi müdaxilə lazım deyil.

Prostat vəzi ağrıları çox dəhşətli ağrılardır. Qanda prostoqlandinlərin miqdarı qalxır, belə insanlar dinclik tapa bilmirlər, həmişə həyəcanlı olurtlar, sidiyə zorla gedirlər, bəzən isə ikiləşmiş sidik olur. Sidiyə gedəndən sonra sidik kisəsində qalıq sidik qaldığından tam boşalma olmur və birazdan yenə də sidik istəyi əmələ gəlir, cinsi istək azalır və yavaş-yavaş tamamilə itir. Axşamlar sidiyə getmə çoxalır, bəzən səhərə qədər 10 dəfə ola bilir, prostat vəz yerləşən nahiyyədə güclü ağrılar olur.

Bu hazırladığım məcunla onlarla insan şəfa tapıb, məcundan istifadə edən zaman ishal əmələ gələ bilər bu zaman dozanı yarıbayarı azaldın.

Məcun içən zaman bir problem baş versə həmən istifadəni saxlayın çünki hər bir insanın orqanizmi fərqlidir və məcunun tərkibindəki bitkilərə bədən əks reaksiya verə bilər.

Müalicədən əvvəl prostat vəzinizi UZİ etdirin və qanda “PSA total” analizini verdirib müalicəyə başlayın müalicənin nəticələrini hər 2 aydan bir yoxlatdırın, necə deyərlər, göz şahidi olmaq daha yaxşıdır.

PROSTAT MƏCUNU

  • ZƏNCƏFİL – 40 qram
  • QARAZİRƏ – 40 qram
  • XURMA TOZU (erkəkciklər) – 50 qram
  • UD HİNDİ – 40 qram
  • NOVRUZ ŞAXTAGÜLÜ – 30 qram
  • BAL – 1 kq

Deməli, bitkilər quru olmalıdır, kofemolkoda üyüdülüb bal ilə yaxşı yaxşı qarışdırılmalıdır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yeyilməlidir.

Məcunun qatılığı və acılığı sizi narahat etsə əlavə olaraq 0.5 kq-a qədər bal əlavə edə bilərsiniz.

İstifadə etməzdən əvvəl qarışdırmaq lazımdır. Şəkər xəstələri və təzyiqi yüksək olanlar istifadə etməsinlər və ya çox ehtiyyatla, az dozada istifadə etsinlər.

(3,989 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.