Prostat vəzi əbəs yerə kişilərin “ikinci ürəyi” adlandırmırlar. Hətta kişilər yaşlaşanda da cərrahi əməliyyatla onun götürülməsi ilə barışmaq istəmirlər. Xalq təbabəti reseptindən istifadə etməklə cərrahi müdaxilənin qarşısını almaq olar.

Prostat vəz ağrıları zamanı qanda prostaqlandinlərin miqdarı artır, xəstələr dinclik tapa bilmir, həmişə həyəcanlı olur, sidiyə çətin gedirlər və bəzən isə ikiləşmiş sidik olur. Sidiyə gedəndən sonra sidik qaldığından tam boşalma olmur. Cinsi istək azalır və yavaş-yavaş itir. Axşamlar sidiyə getmə çoxalır, səhərə qədər dəfələrlə narahatlıq yaradır. Prostat vəz yerləşən nahiyədə güclü ağrılar olur.

Müalicədən əvvəl prostat vəzin USM müayinəsindən keçmək və qanda “PSA total” analizi verərək müalicəyə başlamaq lazımdır. Hər 2 aydan bir yoxlanılmaqla müalicənin nəticələrini müəyyənləşdirmək olar. 40 qram zəncəfil, 40 qram qara zirə, 50 qram xurma tozu (erkəkciklər), 40 qram udi hindi, 30 qram novruz şaxtagülü quru halda qəhvəüyüdəndə üyüdülərək 1 kq balla qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.

Məcunun qatılığı və acılığı narahatlıq yaradanda əlavə olaraq 0.5 kq-a qədər bal əlavə etmək olar.

İstifadədən əvvəl məcunu qarışdırmaq lazımdır. Şəkər xəstələri və təzyiqi yüksək olanların istifadə etməsi məsləhət deyil və ya ehtiyatla, az miqdarda tətbiq edə bilərlər.

Məcundan istifadə edərkən ishal yaransa onun miqdarı yarıbayarı azaldılmalıdır, problem yarananda isə onun qəbulu dayandırılmalıdır, çünki hər bir orqanizm fərqli xüsusiyyət daşıyır və məcunun tərkibindəki bitkilərə əks reaksiya verə bilər.

(5,454 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.