Qaraciyər piylənməsi haqqında ona görə ayrıca yazmaq qərarına gəldim ki, artıq hər 4 nəfərdən biri bu xəstəlikdən əziyyət çəkir.

Əvvəlcə aydınlaşdıraq ki, qaraciyər niyə piylənir?

Qaraciyərdə piy toxuması olmur, artıq qidalanma və orqanizmdə mübadilə proseslərinin ləngiməsi nəti-cəsində əvvəlcə yalnız qaraciyərin ətrafları piylənməyə başlayır, qarın boşluğunda piy toxuması toplanır, sonra yavaş-yavaş qaraciyər sıxılır, onun hüceyrələrinə də piy yığılmağa başlayır və xəstəlik əlamətləri üzə çıxır. Əvvəlcə yeməkdən sonra köp əmələ gəlir, sonra ürəkbulanma, bəzi hallarda qusma, sonra sağ qabırğaaltı nahiyədə ağrılar və qaraciyərin bərkiməsi baş verir.

Yaxşı olar ki, hər kəs yediyi qidalara və işlətdiyi enerjiyə diqqət etsin! Bir oturumda 5 adamın yeməyini yeyən biri 5 adamın işini də görməlidir ki, qaraciyəri piylənib sıradan çıxmasın.

Normalda, insan aktiv hərəkəti və açıq havada gəzməyi bir vərdişə çevirməlidir.

Alkoqol və siqaret qaraciyərin birinci düşmənləridir.

Həddindən çox kimyəvi dərman qəbulu, əsasən hərarətsalıcılar və ağrıkəsicilər xəstəliyin ağırlaşmasına səbəb olur, çox antibiotik qəbulu zamanı bəzən mədə-bağırsaqda göbələklər inkişaf edir ki, bu göbələklərin ifraz etdikləri toksinləri qaraciyərimiz təmizləmək məcburiyyətində qalır.

Piylənməyə uğramış qaraciyər hüceyrələri zamanla parçalanır və onların yerinə birləşdirici toxuma əmələ gəlir. Sonra fibrozlaşma gedir, qaraciyər yavaş-yavaş sıradan çıxmağa başlayır və sirroza doğru addımlayır, bu da olduqca təhlükəli haldır. Sirroz – qarşısı alına bilməyən bir qaraciyər xəstəliyidir, orqanın çatışmazlığı ilə nəticələnir.

Qaraciyər piylənməsi varsa nə etməli?

1. Gündəlik rasiondan siqaret və alkoqol çıxarılmalı, yağlı yeməklər, kimyəvi dərmanlar, rafinə olunmuş ərzaqlar azaldılmalıdır.

2. Hər gün 2 saat açıq havada iti addımlarla gəzməli, bol su içməli, çay və qəhvədən az istifadə olunmalı, acmadan yeməməli, doymadan süfrədən durmalı, bol-bol göyərti yeyilməlidir.

3. İstifadə olunan yağlar zeytun yağı və təmiz kərə yağı ilə əvəz olunmalı, yeməkdən yarım saat əvvəl təzə salatlar yeyilməlidir.

Müalicə

1. 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi və bir çimdik zəncəfil 1 stəkan çiy suya qarışdırılır, gündə 2 dəfə yeməkdən əvvəl içilir.

2. Zəncəfil – 100 qram

Alaqanqal toxumu – 100 qram

Sarıkök – 100 qram

Zeytun yarpağı – 100 qram

Solmazçiçəyi – 100 qram

Bu bitkiləri qarışdırıb, qarışıqdan 2 xörək qaşığı 3 stəkan suda dəmlənməli, sonra süzülüb termosa tökülməli və gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilməlidir.

Bundan başqa adi qara çay yaşıl çayla əvəz olunmalı, balqabaq, kök, kərəviz, cəfəri şirələri növbələşdirilərək gündə 2 stəkan içilməlidir. Qaraciyər üçün faydalı olan şirələrdən biri də belə hazırlanır: buğda cücərəndən sonra yaşıl hissəsi kəsilərək stəkana tökülür, üstünə su əlavə olunub blenderlə qarışdırılır, alınan şirədən hər gün 2 stəkan yeməkdən əvvəl içilir.

Xəstənin ağırlaşmaması və şəkər xəstəliyinə tutulmaması üçün zeytun meyvəsi, zeytun yarpağı, alma sirkəsi, güldəfnə, çörəkotu və qaragilədən hazırlanmış “Sağlamlıq eliksiri”ndən gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içmək lazımdır.

(9,446 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.