Əziz dostlar, mədə sallanması nədir?

Deməli, mədə sallanması mədə bağlarının boşalması nəsicəsində mədənin həm inervasiyası həm qidalanması və həm də hərəki funksiyasının pozulması nəticəsində əmələ gəlir.

Mədə sallanması olan insanlarda ürəkbulanma yeməkdən sonra uzun müddət mədədə yemək qalması və həzmin ağır getməsi kimi şikayətləri olur. Belə insanlar əllərini mədə üzərinə qoyanda sanki ürəkləri mədədə yerləşir kimi ürək vurğuları əl altında hiss edilir. Məncə, artıq hərşey aydındır.

Belə hallarda nə etməli? Mən bir neçə variantlar yazacam, hansından istərsəniz istifadə edə bilərsiniz:

1. Xəstə arxası qatda uzadılır, adi günəbaxan yağı ilə yavaş-yavaş mədə nahiyyəsi altdan yuxarı yarım saata yaxın masaj edilir və sonra xəstə qarnın bacardığı qədər içəri cəkir və həkim isə bərk-bərk bağlayır və 2 saata yaxın bağlama qalmalıdır, çox saxlasa daha yaxşı bu müalicəni 2 həftə gündə bir dəfə edə bilərsiniz.

2. Acı badam tapmasanız acı ərik toxumu balaca-balaca doğranılır 1 xörək qaşığı 1 stəkan suda 10 dəqiqə dəmlənilir (yaxşı olar quru tumu kofemolkoda üyüdüb 1 stəkan suya qarışdırasınız) bu su ilə arpa unu yoğrulur, xəmir edilir və mədə üzərinə qoyulub bağlanılır. Bunu 2 gündən bir sağalana qədər edə bilərsiniz.

3. Palıd qabığı 2 xörək qaşığı 1 stəkan suda 5 dəqiqə qaynadılır sonra suyu ilə əzilib toz formasına salınmış lobya unu xəmir forması alınana qədər yoğrulur və mədə üzərinə qoyulub bağlanılır.

4. Heyva meyvəsinin şirəsini çəkib, için bunun mədə sallanmasına xeyri yoxdur, xeyri şirə alınandan sonra əmələ gələn tullantısıdır. Deməli, həmin tullantı 1 stəkan götürülür üzərinə 2 xörək qaşığı adi xna əlavə edib suda 5 dəqiqə bişirilir sonra palıd qabığı tozu əlavə edilərək lapa formasını alınana qədər yoğrulur və sonda mədə üzərinə qoyulub bağlanılır.

(2,570 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.