Dəyərli dostlar, bəlkə də yazdığım bu yazı sizin üçün yorucu olacaq, amma oxumağınızda fayda vardır. Oxuduqca bu faydalı canlının biz insanlara nə qədər lazımlı olduğunu anlayacaqsınız.

Zəli qoydurmaq üçün xəstə olmaq lazım deyil, sağlam insanlar da profilaktik olaraq zəli qoydursalar həmişə sağlam olarlar, daxili orqanları yaxşı qidalanar, damarları elastikləşər. İnsan orqanizmində olan damarların uzunluğu yer kürəsinin diametrindən 3 dəfə çoxdur, amma elə düşünməyin ki, hamıda bütün damarlar işləyir, məsələn, ürək xəstələrində bunun heç onda doqquzu işləmir, bütün damarların işləməsi üçün zəli qoydurmaq faydalıdır.

Zəli qoyan insanlarda Alheymer, skleroz kimi xəstəliklər, həmçinin beyin damarlarının spazmı olmur. Zəli beyin qan dövranını yaxşılaşdırır, hafizəni və diqqəti gücləndirir, xüsusən boyun osteoxondrozu, ümumiyyətlə onurğa sütununun bütün hissələrinin osteoxondrozunda zəli qədər yaxşı təsir edə bilən ikinci vasitə yoxdur.

Zəli zobun istər düyünlü, istərsə də diffuz, yəni yayılmış formalarının müalicəsində çox yaxşı təsir edir, belə ki, düyün ətraflarına qoyulmuş zəlilər az bir zamanda şişin kiçilməsinə səbəb olur. Faringitin müalicəsində zəli yenə boğaza qoyulur.

Zəlidən istifadə edənlərin qanları normadan artıq laxtalanmır, tromblaşmır. Belə insanlarda ürəyin işemik xəstəlikləri – miokard infarktı, stenokardiya, ateroskleroz olmur.

Bizim zəli haqqında biliklərimiz azdır, lakin bu möcüzəli canlını vaxtında lazımi qaydada istifadə edə bilsək orqanizmi üzən ağır xəstəliklərə tutulmarıq.

Məsələn, zəlinin ağız suyunda 105-ə qədər ferment var ki, bundan yalnız biri – heparin qan laxtalanmasının qarşısını alır. Həkimlər infarkt keçirmiş və ya ürəyindən əməliyyat olunmuş xəstələrə həyatının sonuna qədər aspirin içməyi məsləhət görürlər, aspirindən qat-qat faydalı zəli isə yaddan çıxır.

Başqa bir ferment – destibilaza, göz qidalanmasını yaxşılaşdırır, katarakta (mirvari suyu) kimi xəstəliyin qarşısını alır, qlaukoma (qara su) kimi xəstəliyin inkişafını ləngidir.

Zəlinin ağız suyunda olan başqa bir ferment oliqorazadır. Bu ferment varikoz xəstəliyi zamanı trombla tutulmuş venoz damarların içini təmizləyir, keçiriciliyini artırır, kiçik damarların mənfəzini açır və qan durğunluğunun qarşısını alır. Fikir vermisinizsə, şəkər xəstələrində bəzən ayağa adi bir tikan batması nəticəsində sağalmayan yaralar əmələ gəlir və çox zaman ətrafı kəsmək məcburiyyəti yaranır. Çünki damarların mənfəzi tutulmuş olur və qan dövranı pozulur. Belə adamlarda ayaq yaraları illərlə çəkə bilir, illərlə yara üstünə müxtəlif mazlar çəkilir, müxtəlif dərmanlar qəbul olunur, amma ən faydalı müalicə üsulu olan zəli yaddan çıxır.

Zəlinin ağız suyundakı maddələr orqanizmdə təbii ağrıkəsicilərin istehsalını artırır ki, bu maddələr ağrıkəsici gücünə görə morfindən 200 dəfə üstündür. Uzun zaman üzücü ağrılardan əziyyət çəkən insanlar üçün zəlidən faydalısı yoxdur. Prostat vəz xəstəliklərinin müalicəsində həkimlər əvvəlcə prostat vəzin qanla daha yaxşı təchiz olması üçün preparatlar yazır, bundan daha effektlisi isə zəlidir. Zəli prostat vəzin qanla təchizatını yaxşılaşdırır, kalsinatların əriməsinə səbəb olur, immun sistemi gücləndirdiyindən orqanizm özü iltihabi xəstəlikləri müalicə edir.

Revmatizm və revmatoid poliartrit kimi iltihabi oynaq xəstəliklərinin müalicəsində də zəli əvəzolunmazdır. Belə ki, həm ağrıları sürətlə azaldır, həm də oynaqda olan şişkinliyi.

Babasilin müalicəsində zəli olduqca effektlidir, çünki babasil də damarlarda durğunluq nəticəsində əmələ gəlir. Babasil zamanı zəli düyünlərin üstünə qoyulur və qoyan kimi effektini göstərir.

Zəlinin ağız suyundakı fermentlər antioksidantlardır, buna görə də zəli şiş xəstəliyinin qarşısını almaq və artıq əmələ gəlmiş şişləri müalicə etmək üçün mütləq istifadə olunmalıdır. Zəli qoyduran insanlar infarkt və insult olmazlar!

(6,019 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.