Dəyərli dostlar, zəli haqqında bu sonuncu yazımdır. Bilmirəm bu sehirli canlını insanlara necə çatdıra bildim.

Zəlinin qoyulma qaydaları.

Zəlini qoymazdan əvvəl dəri səthi adi təmiz su ilə yuyulmalıdır. Ətirli dəriyə, soyuq dəriyə, tərləmiş dəriyə zəli qoyanda zəli tutmur hətta siqaret iyində belə.

Zəlini qan duruluğunda, daxili qanaxması olanlarda və beyin qanamasında qoymaq olmaz!

Normalda, zəlini hər 10 gündən bir 10 ədəd qoymaqla xəstəlikdən asılı olaraq 40-60 arası zəli müalicəsindən istifadə olunmalıdır. Bəzi xəstəliklər istisna olaraq, məsələn ayağında irinli iltihab olan birisinə mən 150 ədəd zəli yazdım və ondan sonra sağala bildi. Məsələn miqreni olan birisinə birinci 6 ədəd qaraciyər üstünə, 2 ədəd sağ qulaq ardı, 2 ədəd sol qulaq ardı, sonrakı 10 gündə boyuna, sonra kürəyə, sonra belə, sonra büzdümə və sonda yenə axırıncı 10 ədədi yenə saç diblərinə gicgaha və boyun ardına qoyulmalıdır. B

Bəziləri tək ağrıyan yerə zəli qoymaqla kifayətlənir, bu düzgün deyil. Çünki birinci ağrıyan yerə qoyandan sonra qaraciyər üstü, boyun, kürək, bel, büzdüm, dizlərə, topuqlara qoymaq lazımdır və sonda yenə ağrıyan hissəyə qoyub müalicəni bitirmək lazımdır. Nəyə görə başqa nahiyələrə qoymaq lazımdır, çünki zəlinin ağzındakı hirudin və hirudinin tərkibindəki 105 ferment bizim qan damarlarımızla bütün vücudumuzda dolanmalıdır və bununla da pozulmuş qan dövranını bərpa edər, toxumaların daha yaxşı qidalanmasını təmin edər, İnşəAllah.

Ümumiyyətlə zəli müalicəsi ildə 2 dəfə yaz və payız fəslində olmalıdır. Zəli qoymazdan əvvəl hicama (həcəmət) olunmaq sağlamlıq üçün çox faydalıdır.

Zəli qoymazdan 3 gün əvvəlcədən qan durulaşdıran dərmanlardan istifadə olunmamalıdır və məsələn hər 10 gündən bir 10 ədəd zəli cəmi 60 ədəd zəli qoyanda müddət 2 ay edir müalicə müddətində və müalicədən 20 gün sonra qan durulaşdırıcılar istifadə olunmamalıdır. Ondan sonra istifadə edə bilərsiniz əgər siz ümumiyyətlə qan durulaşdırıcı dərmanlardan istifadə etmək istəmirsinizsə onda hər 15 gündən bir 5 ədəd zəlidən istifadə edə bilərsiniz. Belə edən zaman qanınızın laxtalanmaya görə analizini edin və hər 15 günə görə sizə neçə zəli olmasını dəqiqləşdirin, məsələn 15 gündən bir 5 ədəd azlıq etsə 6 edin və bir müddət sonra yenə yoxlatdırın.

Unutmayın ki, zəlidən tək xəstələr yox həm də sağlam insanlar istifadə etməlidirlər ki, sağlam yaşasınlar.

Sonda, zəli  qoyulandan, hardasa 20-40 dəqiqədən sonra, doyub düşür (malını yeyən rüşvetxorlara zəli kimi millətin qanını sorurlar deyirlər, görürsünüz, zəli doyur, amma onlar doymaq bilmir ki, bilmir).

Zəli doyandan sonra yaxşı olar bir çay və ya su ətrafına buraxılsın. İkinci dəfə istifadə etmək olmaz, etsəniz də alınmayacaq, çünki zəli doyandan 6 ay sonra birdə acır.

Sonra zəlinin diş yerlərinin üstünə  pampers və ya pambıq qoyulur ki, axan qanı özünə çəksin. Bəzən 4-8 saat az-az qan gələ bilir bundan qorxmayın. Zelinin yeri 2-4 gün qaşınacaq, imkan daxilində qaşımamağa çalışın, sonra ətrafdadakı limfa düyünləri şişə bilir, buda qorxulu deyil 2-3 günə keçir.

(5,330 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.