Bəzi insanlar bir mərtəbə çıxanda və ya 200 metr məsafə gedəndə təngnəfəs olurlar. Niyə?

Çünki onların ürək, qan-damar sistemində problem var. Nə etməli?

1 litr alma sirkəsinin içinə yarıya qədər şam ağacının təzə qozasını tökün, qozalar qoz böyüklükdə olsa daha yaxşıdır. 10 gün saxlayın, sonra qozaları çıxarıb atın, sirkədən gündə 2 dəfə, səhər-axşam 1 xörək qaşığı 1 stəkan suya qarışdırıb için. Alma sirkəsini özünüz hazırlaya və ya Fitoklublardan ala bilərsiniz, çünki marketlərdə satılanlar təbii deyil.

Şam qozalarından dəmləmə belə hazırlanır: 3 xörək qaşığı şam qozası 3 stəkan suda dəmlənir, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içilir. Bu tərkibin varikoz və daxili göbələk əleyhinə təsiri də vardır. Və yaxud qozalardan özünüz evdə sirkə hazırlaya bilərsiniz. Bu, daha faydalıdır.

Şam qozasından doşabın hazırlanma qaydası.

22-25 yaşil cavan iynə yarpaqlı şam qozası götürülür, taxta toxmaqla əzilir. Bir şüşə balona yığılıb üstünə qaynaya-qaynaya su tökülür, belə ki, bu balon o qədər qalın bükülməlidir ki, 24 saatdan sonra üstünü açdıqda, balon hələ də soyumamış olsun, bu qozalar əsasən may-iyun ayında olur, 24 saatdan sonra bu suyu süzüb, hər litrinə 1 kq şəkər tozu əlavə edilir və doşab kimi bişirilir, çox dadlı və faydalı doşabdır.

(8,996 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.