Yeyəcəyimiz bütün meyvələrin şahı, tərkibində heç bir meyvədə olmayan zülal, yağ və karbohidrat – hər 3-nün bir arada toplaşdığı, bol-bol vitamin və minerallar mənbəyi olan xurma ilə biz insanlar heç nə yemədən qidalansaq orqanizmimizin bütün ehtiyaclarını ödəyə bilərik. Allahın yaratdığı mükəmməl bir meyvə.

Xurma bizim müqəddəs kitabımız olan Quranda ən çox adı çəkilən bir meyvədir, eyni zamanda müxtəlif ayələrdə xurmanın faydaları haqqında məlumatlar vardır. Məsələn, Məryəm surəsi ayə 25: “Xurma budağını özünə doğru çək, üzərinə yetişmiş xurmalar tökülsün.” Gəlin bu ayədəki hikmətə baxaq. Deməli, həmin vaxt həzrəti Məryəm anamız hamilə olur və həzrəti İsa peyğəmbəri dünyaya gətirir və cənabı Allah xurma meyvəsini hədiyyə olaraq göndərir, çünki həmin vaxt xurma qurumuş olmasına baxmayaraq üstündən yaş və təzə xurmalar tökülür. İndi gələk niyə Allah Cəllə Cələluhu məhz xurma yeməsini məsləhət gördü.

Alimlər araşdırıblar ki, xurmada bol-bol oksitosin maddəsi vardır bu maddə doğuş zamanı uşaqlığın daha çox yığılmasına və bu anın rahat keçməsinə səbəb olur. İndi xəstəxanalarda da doğuş vaxtı bu iynədən istifadə olunur və eyni zamanda bu maddə doğuşdan sonra da uşaqlığın sürətlə yığılmasını təmin edir. Bax budur, müqəddəs kitabımızda bir nöqtə belə qüsursuz yazılmışdır.

Deməli, hamiləliyin son anlarında və hamiləlikdən sonra da anaların ən sevimli qidası xurma olmalıdır. Xurma həm də ana südünü artırır. Sonda bir hədis hamiləliyin son anlarında xanımlar xurma yesələr uşaqları ağıllı və gözəl olar, başqa bir hədisdə xurma yeməyə davam edin, çünki xurma həzrəti Adəmin artıq qalmış palçığından yaradılmışdır. Deməli, xurma tərkibcə də insan orqanizminə çox yaxındır.

(1,978 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.