Müharibə şəraitində dərmana çox ehtiyac duyulur, yaralanmalar, zədələr və gigiyenaya diqqət yetirilməməsi bir sıra xəstəliklərə səbəb olur. Ölkəmizin ərazisinndə bitən dərman bitkiləri ilə əlaqədar bəzi məsləhətlər əsgərlər, döyüş şəraitində və ön cəbhədə olanlar üçün faydalı ola bilər.

  1. Gicitkən – qanaxmalar zamanı əzilərək yaranın üstünə qoyulanda qankəsici təsir göstərir.
    29043377-Stinging-nettle-isolated-on-white-background-Stock-Photo
  2. Quşəppəyi – çox yeyilməsi daxili qanaxmaları dayandırır.
    [#Beginning of Shooting Data Section] Nikon D100 Focal Length: 105mm Optimize Image: Color Mode: Mode II (Adobe RGB) Long Exposure NR: Off 2009/02/15 16:06:28 Exposure Mode: Manual White Balance: Auto Tone Comp.: Auto Compressed RAW (12-bit) Metering Mode: Multi-Pattern AF Mode: Manual Hue Adjustment: 0° Image Size: Large (3008 x 2000) 1/160 sec - F/32 Flash Sync Mode: Front Curtain Saturation: Exposure Comp.: 0 EV Auto Flash Mode: D-TTL Sharpening: Auto Lens: 105mm F/2.8 D Sensitivity: ISO 200 Auto Flash Comp: 0 EV Image Comment: [#End of Shooting Data Section]
  3. Bağayarpağı – gec sağalan və ya sağalmayan, irinləmiş yaralarda təzə yarpaqların əzilərək həmin nahiyəyə qoyulub bağlanması yaranı tez sağaldır.
    12947040_927803544000021_1914235427_o
  4. Dəvətikanı – mədə-bağırsaq pozuntusu zamanı ishal əmələ gələndə bağırsaqları yığmaq üçün çay şəklində dəmlənib içilməsi ishalı tezliklə dayandırır.
    12939480_927803534000022_2101608924_n
  5. Kəklikotu – soyuqdəymə zamanı kəklikotu çayının içilməsi xəstəlik törədicilərini həm sidik vasitəsilə, həm də tər vasitəsilə orqanizmdən xaric edir.
    keklikotu
  6. Palıd qabığı – sağalmayan ağız-boğaz yaraları zamanı suda bişirməsi ilə qarqara edilir. Bişirmədən babasil üzərinə islatma qoyulanda şişmiş düyünlər büzüşür və ağrı azalır.
    palid-qabigi
  7. Çobanyastığı – çiçəklərinin yığılaraq təzə halda yeyilməsi mədə-bağırsaq sancılarını, qastriti və koliti sağaldır.
    cobanyastigi
  8. Biyan kökü – tez-tez xəstələnmə zamanı biyan kökünün 2 stəkan suda 5 dəqiqə qaynadılaraq içilməsi immuniteti gücləndirir.
    1390475784_.irin-biyan.fb
  9. Andız – öskürək zamanı köklərinin suda 5 dəqiqə qaynadılaraq içilməsi sinəni təmizləyir, öskürəyi kəsir və bədəni qızışdırır.
    and;z
  10. Ballınanə – bütün əsəb pozulmaları, yuxusuzluq və depressiyalarda suda dəmlənmiş çayı içilir.
    682_org

Sonda bir daha xatırladım ki, bu bitkilər Azərbaycanımızın hər tərəfində bitir və hamı istifadə edə bilər.

(643 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.