Deməli hər bir insan bu günlərdə dövlətimizə dayaq olmağa çalışır,  kimi qan verir, kimi könüllü müharibə istəyir, kimisi sosial şəbəkələrdə insanları ruhlandırır Əlhəmdülilləh. Son 20 ildə Azərbaycanda indiki qədər birlik olmamışdır, nəticələr də göz qabağındadır. Müharibə rejimində dərmana çox ehtiyac olunur, çünki həm yaralanmalar, həm xəstəliklər və gigiyenaya diqqət ediməməsi bir çox xəstəliklərə səbəb olur, ona görə də Azərbaycanın çöllərində bitən dərman bitkiləri ilə bəzi məsləhətlər yazıram əsgərlərimiz istifadə edə bilsinlər.

  1. GİCİTKƏN – bu bitkini qanamalar zamanı yığıb, əzib yaranın üstünə qoyanda yaradan axan qan dayanır.
    29043377-Stinging-nettle-isolated-on-white-background-Stock-Photo
  2. QUŞƏPPƏYİ – bu bitkini daxili qanaxmalar zamanı bol-bol yemək lazımdır, daxili qanaxmaları dayandırır.
    [#Beginning of Shooting Data Section] Nikon D100  Focal Length: 105mm Optimize Image:  Color Mode: Mode II (Adobe RGB) Long Exposure NR: Off 2009/02/15 16:06:28 Exposure Mode: Manual White Balance: Auto Tone Comp.: Auto Compressed RAW (12-bit) Metering Mode: Multi-Pattern AF Mode: Manual Hue Adjustment: 0° Image Size: Large (3008 x 2000) 1/160 sec - F/32 Flash Sync Mode: Front Curtain Saturation:  Exposure Comp.: 0 EV Auto Flash Mode: D-TTL Sharpening: Auto Lens: 105mm F/2.8 D Sensitivity: ISO 200 Auto Flash Comp: 0 EV Image Comment:                                      [#End of Shooting Data Section]
  3. BAĞAYARPAĞI – Gec sağalan və ya sağalmayan yaralarda, irinləmiş yaralarda təzə yarpaqları yığılıb yaranın üzərinə qoyulub bağlanır tez bir zamanda yaranı sağaldır.
    12947040_927803544000021_1914235427_o
  4. DƏVƏTİKANI – Mədə bağırsaq pozuntusu zamanı ishal əmələ gəlirsə qarını yığmaq üçün dəmlənib çayı içilir, tez bir zamanda ishalı dayandırır.
    12939480_927803534000022_2101608924_n
  5. KƏKLİKOTU – Soyuqdəymə zamanı kəklikotu çayının içilməsi faydalıdır, tez bir zamanda xəstəlik törədicilərini həm sidik vasitəsilə, həm də tər vasitəsilə bədəndən xaric edir.
    keklikotu
  6. PALID QABIĞI – Sağalmayan ağız-boğaz yaraları zamanı suda bişirməsi ilə qar-qara edilir. Əskini bişirməyə batırıb babasil üzərinə qoyanda şişmiş babasil büzüşür və ağrı azalır.
    palid-qabigi
  7. ÇOBANYASTIĞI- Mədə- bağırsaq sancıları zamanı yığılıb təzə-təzə yeyilir. Qastriti və koliti sağaldır.
    cobanyastigi
  8. BIYAN KÖKÜ- Əgər tez-tez xəstəlirsinizsə, biyan kökünü suda 5 dəqiqə qaynadıb için, bunu 2 həftə edin, çox dayanıqlı bir immunitet əmələ gələcəkdir.
    1390475784_.irin-biyan.fb
  9. ANDIZ- Əgər öskürək varsa andız köklərini suda 5 dəq qaynadıb çayını içə bilərsiniz. Sinəni təmizləyir, öskürəyi kəsir, bədəni qızışdırır.
    and;z
  10. BALLINANƏ – Bütün əsəb pozğunluqlarında, yuxusuzluqda, depresiyalarda suda dəmlənilmiş ballınanə çayı içilir.
    682_org

Sonda bir daha xatırladım ki, bu bitkilər Azərbaycanımızın hər tərəfində bitir və hamı istifadə edə bilər.

(463 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.