Bizim bu heyratamiz bitki haqqında yorucu olmasın deyə 3 dəfə yazımız olacaq inşAllah. Birincisi, qarazirənin ümumi bədənə təsiri, ikinci və üçüncü isə tək-tək orqanlara və istifadə qaydalarıdır.

Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) qarazirə tumlarını əlinə alır və ölümdən başqa hər dərdə çarədir bu toxumlar deyir. Bəli, artıq bu sözlərin üstündən 1400 ildən çox keçməsinə baxmayaraq ildən ilə qarazirə haqqında aparılan araşdırmalar bu sözlərin həqiqət olduğunu sübut edir, beləki qarazirə haqqında 250-dən çox sübut olunmuş elmi işlər işlənilmişdir.

Qarazirənin bədənə təsiri: İnsan bədəninin qorunma sistemi arxa cəbhə olan helper hüceyrələrdən bədənimizə daxil olmuş düşmənləri məhv etmək üçün killer hüceyrələrindən və killer hüceyrələrini neytrallaşdırmaq üçün supressor hüceyrələrindən təşkil olunmuşdur. Deməli, hansısa bir mikrob virus və ya bakteriya bədənimizə daxil olarsa arxa cəbhə olan helper hüceyrələr tez killer hüceyrələr istehsal edirlər və həmin killer hüceyrələr bədənə daxil olmuş düşmənləri məhv etmək üçün hücuma keçirlər, bu zaman bədəndə hərarət artmağa başlayır, bədənimiz bu düşməni dəf edəndən sonra aktivləşmiş killer hüceyrələr bizim bədənimizdəki öz toxumalarıza hücum edib onları zədələməyə başlayır bu zaman arxa cəbhə olan helper hüceyrələr killer hüceyrələri neytrallaşdırmaq üçün supressor hüceyrələr istehsal edir və beləcə bədənimizi xaricdən gələn düşmənlərdən qoruyur, deməli həqiqətən sübut olumuşdur ki, qarazirə qəbul edən insanlarda arxa cəbhə olan helper hüceyrələr həmişə bol olur və bütün mübarizələrdən qalib çıxa bilirlər. Demeli qarazirə bizim immun sistemizin kamil olması üçün ən təsirli bir vasitədir. Qarazirə nəinki immun sistemə, eynı zamanda bədənimizin allergik xəstəliklərə qarşı dirənişini artırır, çox güclü bir antioksidant təsiri vardır, şiş əleyhinə istifadə olunan müasir preparatlardan yüzlərlə dəfə güclü olduğu sübut olumuşdur.

(3,365 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.