Qara zirə zəngin vitamin-mineral deposudur, tərkibində omeqa-3, omeqa-6 yağ turşuları, kalsium, kalium, maqnezium, dəmir, mis, A vitamini, B qrupu vitaminləri var. Gündə 2 xörək qaşığı miqdarında yeyilən qara zirə toxumu gündəlik kalsium ehtiyacını ödəyir. Yaxşı olar ki, hamımız qara zirəni xəstə olmayan vaxtlarda qəbul edək ki, xəstəliklərin qarşısını alaq. Qara zirə immuniteti gücləndirir, təngnəfəslikdə, bronxial astmada, bütün virus xəstəliklərinin müalicəsində və profilaktikasında faydalıdır, hər gün qara zirənin istər özündən, istərsə də yağından qəbul edən insanlar qrip və başqa infeksion xəstəlikləri çox yüngül keçirirlər. Qara zirədən hər gün istifadə edənlərin şiş xəstəliyinə tutulma ehtimalı azalır, istər bədxassəli olsun, istər xoşxassəli.

Son araşdırmaların nəticələrinə görə qara zirə prostat vəzin xərçəngində müasir preparatlardan 10 dəfə daha yüksək effekt verir. Öz praktikamdan nümunə çəkim: prostat vəzin adenomasında yüksəlmiş olan PSA göstəricisini qara zirəli məcunla 12-dən 3-ə qədər salmışdım. Xatırladım ki, prostat vəzin xərçəngində bu göstərici həddən artıq çoxalır.

Qara zirə toksinləri bədəndən təmizləmək üçün ən yaxşı üsullardan biridir. Ondan istifadə edənlər şəkər xəstəliyinə nadir halda tutulur, artıq diabetə tutulanlar üçün də ən yaxşı çarələrdən biri qara zirədir. Belə ki,

qara zirə həm qanda şəkərin artmasına imkan vermir, həm də mədəaltı vəzdə insulin istehsalını artırmağa yardımçı olur. Yaz aylarında bitki tozlarına qarşı allergiyası olan xəstələr üçün ən faydalı üsul yaz girəndən qara zirədən istifadə etməkdir. Allergiyanın qarşısını almaq üçün gündə 2 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qarazirə yağı içilməli və ya 1 xörək qaşığı qara zirə ağıza qoyulub üstündən su içilməlidir. Uzun müddət sağalmayan ekzemadan əziyyət çəkənlər gündə 3 dəfə dərinin zədəli hissəsinə qara zirə yağı çəkməli və gündə 2 dəfə daxilə qəbul etməlidir. Revmatizm, revmatoid poliartrit və ümumiyyətlə oynaq ağrılarında qara zirə daxilə qəbul olunmalıdır. Xroniki mədə-bağırsaq yaralarında, xroniki qastritdə, ezofagitlərdə də yağının qəbulu faydalıdır.

(6,067 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.