Bəzən adi görünən bir üsullar insanların həyatında böyük önəm daşıyır, məsələn babasil xəstəliyinin ağırlaşması zamanı anal dəliyin ətrafında bir şişkinlik əmələ gəlir və 10 illərlə davam edə bilir. Hər gün insanı incidir, insan bu xəstəliyin öz-özünə keçib getdiyini gözləyir, amma nəinki getmir, əksinə ildən ilə ağırlaşır. Bu zaman nə etməli?. Deməli şişmiş babasilin üzərinə şişkinlik dərəcəsindən asılı olaraq zəli qoyulur, əvvəlcə xəstə yaxşı-yaxşı yuyunur və şişmiş babasilin üstünə 3 və ya 4 ədəd zəli qoyulur və hər 3-4 gündən bir yenə qoyulur və yenə 3-4 gündən sonra təkrar edilir, beləcə hər bir xəstəyə 9-12 ədəd zəli qoyulur. Birinci prosedurdan sonra ağrılar azalır, sonda isə ağrı tamamilə keçir inşAllah.

Əlavə olaraq babasil zamanı qəbizlikdən qorunmaq lazımdır, bunun üçün 200 qram adi qatığın və ya kefirin içinə 1 çay qaşığı zəyərək tozu qarışdırıb gündə 2 dəfə yeyə bilərsiniz. Başqa bir vasitə 1 ədəd badımcanın yaşıl hissəsini 1 stəkan suda 15 dəqiqə dəmləyib yeməkdən əvvəl 1 stəkan içmək lazımdır, bunu gündə 2 dəfə səhər və axşam edə bilərsiniz müalicə müddəti 2 həftədir.

(2,884 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.