Qarazirə bitkisi haqqında yazımız davam edir. Qarazirənin tərkibində prostat vəzi xərçəngi, uşaqlıq, bağısaq, mədəaltı vəz xərçəngi, bağırsaq xərçəngi kimi xəstəliklərə faydalı olan “thymoquinone” adında maddə tapılmışdır ki həmin maddə xərçəngin müalicəsində çox effektiv təsir göstərmişdir. Qarazirədən daimi istifadə edənlərdə təzyiq olmaz, olsa da zaman-zaman normallaşır, qanda yüksək xolesterini aşağı salır. Qarazirədən daimi istifadə edənlərdə epilepsiya tutmaları 3 dəfəyə qədər azalmışdır. Qarazirənin həm daxilə, həm də xaricə istifadəsi zamanı məsələn, daxilə yağının gündə 3 dəfə qəbulu və xaricə saç diblərini masaj edən zaman həm saçlar gurlaşır, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, saç dibində qaşınma və kəpəklənmə aradan qalxır. Miqren zamanı qarazirə yağı alına, qulaq diblərinə və burun içinə vurulub masaj edilir və euni zamanda daxilə qəbul edilir.

Qarazirə çox güclü bir antioksidant olduğundan yeməkdən əvvəl 1 çay qaşığı yağının içilməsi arıqladıcı təsir göstərir. Haymorit Frontit zamanı qarazirə yağına pambıq batırılır və burun dəliyinə qoyulur, eyni zamanda 1 xörək qaşığı yağ, 1 stəkan suda qaynadılır, başa ədyal örtülüb baş buxara verilir.

Qarazirə necə istifadə olunmalıdır? Yaxşı olar ki, 200 qram qarazirə üyüdülüb 1 kq bal ilə qarışdırılsın, gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı daxilə içilsin. Bu üsul qarazirədən istifadə etmənin ən faydalı üsuludur. Sonra gündə 3 dəfə hər dəfə 1 çay qaşığı tum ağıza atılır və üstündən su içilir. Qarazirə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı içilir. Bu da çox faydalı üsuldur, həm də bədəni qurdlardan təmizləyir. Amma qarazirənin tam tərkibi yağa keçmir.

Başqa bir üsul: qarazirə üyüdülür, 1 çay qaşığı üyüdülmüş qarazirə 1 stəkan qaynar suya qarışdırılır və 1 çay qaşığı bal əlavə olunub gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

Baqa bir üsul: 1 çay qaşığı qarazirə 1 stəkan suda 10 dəqiqə dəmlənilir və yeməkdən əvvəl içilir, bu üsul çoxda faydalı üsul deyil, çünki dəmləmə zamanı tərkibin hamısı suya keçmir.

Qarazirədən hamiləlik zamanı istifadə etmək olmaz.

(4,144 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.