Qanın həddindən artıq duru və ya qatı olması xəstəlikdir, normadan çox duru olanda qanaxmaya meyillik olur, qatı olanda isə qanın normal dövranında problemlər əmələ gəlir, toxumalar lazımınca qidalana bilmir. Hər iki sistemin işinə qaraciyərimiz cavabdehdir, ona görə də laxtalanma problemləri olan xəstələr qaraciyəri də müalicə etdirməyi yaddan çıxarmasınlar. Qanı durulaşdırmağı yeməklərdən başlamaq lazımdır, belə ki çoxlu ət qəbulu, suyun az içilməsi, az hərəkət etmək, çox duzlu və yağlı yemək kimi vərdişlər qanın qatılaşmasına səbəb olur. Bunun əksinə olaraq çiy tərəvəz yeməkləri, salatlar, mövsümi meyvələr, çiy su içilməsi, tünd çaydan, tünd qəhvədən imtina etmək isə qanın durulmasına səbəb olur.

Qanı durulaşdıran bitkilər:

Məkkəgülü – həm qanı duruldur, həm də qan təzyiqini aşağı salır, turşməzə və gözəl bir dada malikdir, yeməkdən sonra içilməsi məsləhətdir.

Sofora – Bakının parklarında çox rast gəlinən ağacdır, müalicə üçün qönçələrindən istifadə olunur, əsas təsiredici maddəsi rutindir. Bu maddə damarların mənfəzinə yığılmış yağ və lipidləri təmizləyir.

Öksəotu – parazit bir bitkidir, ağacların gövdəsi üzərində bitir və onların hesabına qidalanır, sonda da ağacı qurudur. Çox effektli təzyiq salıcıdır, kapilyar damarların ötürücülüyünü yaxşılaşdırır.

Nanə – həm yaxşı əsəb sakitləşdiricidir, dəmləməsinin xoş ətri əhvalı yaxşılaşdırır, həm də mülayim qan durulducudur.

Zəncəfil – möhtəşəm bir vasitədir, hər gün hər kəsin istifadə etməsi lazım olan bitkidir. Təzə zəncəfil kökündən istifadə etmək daha yaxşıdır. Kökdən qoz böyüklükdə hissə kəsilir, qabığı soyulur, 20 qəpiklik boyda doğranır, 3 stəkanlıq termosda dəmlənir və gündə 3 dəfə içilir. Əlləri və ayaqları soyuq olanlar, şəkərli diabetdən əziyyət çəkənlər üçün əla bir vasitədir.

Sarıkök – qaraciyərqoruyucu təsir göstərir, dağılmış qaraciyər hüceyrələrini bərpa edir. Gündə 2 dəfə 1 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda həll edilərək içilir.

Udi-hindi – qan durulducu və iltihab əleyhinə güclü təsirli vasitədir. Gündə iki dəfə 1 çay qaşığı üyüdülmüş toz 1 stəkan qaynar suda həll edilir, 1 çay qaşığı bal əlavə edilərək içilir.

Biyan kökü – tərkibindəki qlisirrizin maddəsi xəstələr üçün şəfa mənbəyidir, halsız insanları sürətlə sağlamlaşdırır, bütün növ bronxitlərdə və qan laxtalanmasında faydalıdır.

Sarımsaq – qandurulducu təsiri çox güclüdür, həm də təzyiq salıcıdır, bədəni virus xəstəliklərindən qoruyan ən yaxşı vasitədir.

Limon – həm qandurulducu, həm də damar elastikliyini artıran əla vasitədir, tərkibi C vitamini ilə zəngindir.

Hicama (həcəmət) olunmaq orqanizmi yeniləyir, dəri altındakı tromblarla zəngin, çirkli qanı bədəndən xaric edir və yerinə oksigenlə zəngin təzə qan gəlir, bununla da qanı durulaşdırır.

Zəli – zəlinin ağız suyunda hirudin və ona bənzər 105 maddə tapılmışdır ki, bunların əksəriyyəti qanı durulaşdırır, trombları əridir, hətta tutulmuş qan damarlarını açır, qan dövranını bərpa edir.

(9,202 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.