Yəqin ki, hamı eşidib filan idmançı dopinq testdən keçə bilmədi və ya hansısa bir idmançı qızıl medal almasına baxmayaraq dopinq testdən keçə bilmirsə aldığı medal əlindən alınır. Hər bir idmançı bunları bilir və bununla mübarizə aparmaq haqqında fikirləşir. Məsələn mən necə edə bilərəm ki, orqanizmimin gücünü bu 10 dəqiqədə səfərbər edim, çünki bu 10 dəqiqədən idmançının bütün həyatı asılı olur.

Əziz idmançı, çalış orqanizmini təbii vasitələrlə səfərbər edəsən. İndi hər bir idman zalında dəyişik proteinlər, amin turşular və s. satılır və bunun insan orqanizminə ziyanlı olmadığı haqqında məlumatlar verilir. Unutmayın, bunlar hamısı rafinə olunmuş zülallardır, bunların bir qramı belə sorulmadan orqanizmdən xaric olmurlar, bəzi insanlar fikirləşərlər ki, nə yaxşı hamısı sorulur. Xeyir, elə deyil, burda insan orqanizminin tələbatı var, həmin tələbatı aşmaq orqanizmin mübadiləsini pozmaq deməkdir, türklər demişkən: “burda dəngə pozulur”. Pozulmuş mübadilənin dalınca bir sürü xəstəliklər, əsasən də ürək qan-damar xəstəlikləri gəlir.

Bəs nə etməli? İnsan orqanizminin təbii bioresurslarını toparlamaq üçün bir məcun yazıram. Bu məcun insanı çox gümrahlaşdırır, güclü bir enerji mənbəyidir. Bütün idmançılarımız yarış öncəsi 1 ay bu məcundan istifadə etsələr, həm formada olarlar, həm də dopinq testindən rahatca keçərlər. Başqa anabolik preparatlardan fərqli olaraq insanda nəsil artırmada problem törətmir, əksinə sonsuzluqdan əziyyət çəkənlər üçün də çox yaxşıdır, çünki hərəkətli spermaların miqdarını artırır. Cinsi istəyi həddindən artıq gücləndirir. Uzun sürən xroniki xəstəliklərdən sonra əməliyyat olunmuş insanlar bədənlərini qüvvətləndirmək üçün bu məcundan istifadə edə bilərlər.

QÜVVƏT məcunu:

Çiçək tozu – 50 qram

Güləm – 50 qram

Jenşen – 50 qram

Arı südü – 20 qram

Ud hindi – 30 qram

Zəncəfil – 30 qram

Şabalıd balı – 1 kq.

Məcundan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı yemək lazımdır.

DİQQƏT: Yüksək təzyiqdən əziyyət çəkənlərə istifadəsi qadağandır. Məcunun qiyməti yüksək ola bilər, çünki tərkibindəki məhsullar qiymətlidir.

(3,035 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.