Allergiya xəstəliyi gündən-günə artmaqdadır, çünki bizi əhatə edən mühitdə allergenlər çoxalıb istər paltarlarımızda, istər yeməklərimizdə və istərsə də həyat şəraitimizdə. Allergiya deyəndə ilk olaraq bizim ağlımıza bədən səpməsi, qaşınma gəlir. Bəli, bunlar allergiyanın ilkin əlamətləridir, amma bunlarla yanaşı insanlarda illərlə çəkən xəstəliklər də vardır ki, bunlar da allergiya xəstəliyidir. Məsələn astma xəstəliyi.

Allergiyası olan insanlar bədənin alergiyaya dirənişini artırmaq üçün nələr etməlidirlər? Mən həmişə istifadə etdiyim vasitələrdən bir neçəsini yazıram və onu da nəzərinizə çatdırım ki, bu üsulların hamısı sınanılmış üsullardır, arxayınlıqla istifadə edə bilərsiniz. Bu üsulların ola bilər biri kömək etməsə, o birini sınayın, əlavə ziyanlı təsirləri yoxdur, bədənin möhkəmləndirilməsi üçün də istifadə edilə bilər.

Ud hindi: Mükəmməl bir allergiya əleyhinə vasitədir. 10-15 il allergiyadan, yəni səpgilərdən əziyyət çəkənlər ud hindi qəbulundan sonra sağalmışlar. Hazırlanılması: gündə 2 dəfə 1 çay qaşığı ud hindi tozu 1 stəkan qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə olunub gündə 2 dəfə yeməkdən əvvəl 1 stəkan içilir. Bu müalicəni ildə 2 dəfə yaz və payızda 2 ay istifadə edə bilərsiniz.

Keçibuynuzu meyvəsi: Əgər artıq allergiya baş vermişsə, dərman axtarmağa tələsməyin, 3 ədəd keçibuynuzu meyvəsini yarım litr suda 5 dəq qaynadın, soyudun, süzün, için, səpgiləriniz 10 dəqiqə müddətində tamamən keçəcəkdir, əgər allergiyanın davamlı olmasını istəmirsinizsə bunu 1 ay edin.

Qarazirə toxumu: Bədəndə ehtiyat qüvvə sayılan hüceyrələrin (Helper) miqdarını artırır, bədənin allergenlərə dirənişini artırır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yağını qəbul edə bilərsiniz.

Yatıqqanqal (Çereda): Bu bitki də kiçik yaşlı uşaqlarda əmələ gələn səpgilərdə mükəmməldir, beləki 2 xörək qaşığı 1 stəkan suda dəmlənilir və pambıqla səpgilərin üzəri silinir. Daha rahat bir üsul deyim, 50 qram yatıqqanqal 500 qram zeytun yağında pəncərədə günəş altında 10 gün saxlanılır, sonra süzülür, bu yağ ilə uşaqlarda səpgilər silinir, uşaqlarda diatezlər zamanı istifadə olunur.

Biyan kökü: 2 xörək qaşığı 1 litr suda 5 dəqiqə qaynadılır, süzülür, sonra bura 1 qr mumuya (mum yox) əlavə olunur və suda həll olunur, gündə səhər ac qarına bu sudan 100 qram içilir, soyuducuda saxlanılmalıdır. Bunu ildə 4 dəfə hər fəslin başlanğıcında 15 gün edə bilərsiniz.

Allergiyaya meyilli insanlar səhər tezdən 1 diş sarımsaq üstündən 1 xörək qaşığı zeytun yağı (rafinə olmamış) içsələr, heç vaxt allergiyaları olmaz. Bunu 1 həftə edib 1 həftə istirahət vermək lazımdır.

Bal qaymağı: Gündə 1 çay qaşığı bal qaymağı (zabrus) yeyəndə allergiya əhəmiyyətli dərəcədə azalır.

(2,705 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.