Mədədə turşuluğun artması yandırma, qıcqırma və səhərlər ağızda turş dadın olması kimi qastrit əlamətlərinin əmələ gəlməsinə səbəb olur. Əgər bu proses uzun zaman davam edərsə xlorid turşusu və pepsin mədənin selikli qişasını zədələyir və yara əmələ gətirir. Çox hallarda bu prosesi helikobakter pilori adlı turşuyadavamlı mikrob bir qədər də ağırlaşdırır. Həmin bakteriyalar müalicəyə olduqca çətin tabe olur. Mədə turşuluğunun artması və möhtəviyyatın qida borusuna atılması ezofagit əmələ gətirir.

Müalicə üçün:

1. Turşuluğu neytrallaşdıran, bürüyücü və adsorbsiyaedici dərman bitkilərinin qarışığından hazırlanmış Teastomin çayı qəbul olunur. Teastomin çayı gündə üç dəfə yeməkdən 1 saat əvvəl iki filtr-bağlama 1 stəkan suda dəmlənərək içilir.

2. Çaytikanı yağı gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı içilir. Apteklərdə ucuz qiymətə satılan çaytikanı yağlarının tərkibi adicə günəbaxan yağından ibarət olur. Yaxşı olar ki, ya Herba Flora firmasının Fitooil Çaytikanı yağını, ya da Altay (Rusiya) istehsalı olan məhsulu əldə edəsiniz. Çaytikanı yağı çox güclü yarasağaldıcı xüsusiyyətə malikdir.

3. 20 faizli propolis məhlulundan bir çay qaşığı yarım stəkan suya qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl içilir. Tərkibində olan 21 adda təbii antibiotik təsirli maddə mədədə helikobakter pilorini məhv edir. Onu içəndən sonra yaxşı olar ki, hər tərəf üstə 1-2 dəqiqə uzanasınız. Müalicə 1 ay aparılır, xəstənin vəziyyəti tam yaxşılaşmadıqda bir həftə ara verib yenidən bir ay təkrar edilir.

(3,259 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.