Misvak hələ qədim zamanlardan ağız sağlamlığı kimi istifadə olunmuşdur, amma çox az və kortəbii şəkildə islam peyğəmbəri Muhamməd səlləlləhu aleyhi vəsəlləm misvakı çox təqdir etmiş və insanların davamlı şəkildə istifadə etməsi üçün hədislər söyləmişdir. Məsələn misvakla bağlı demişdir: “Əgər ümmətimə çətin olmasaydı, hər abdəst alanda misvakla dişlərini təmizləməyi əmr edərdim.”

“Sonra həzrəti Cəbrayıl mənə misvakdan o qədər danışdı ki, qorxdum ümmətimə fərz oluna. Sonra Misvaklanmaq ağızı təmiz edər, Rəbbimizi razı edər.” Peyğəmbərimiz hər namazdan əvvəl və hər yeməkdən əvvəl və sonra misvakdan istifadə etmişdir, gecələr duran zaman misvakdan istifadə edərmiş və həyatının son anında belə gözləri misvaka dikilib qalmış. Həzrəti Aişə anamız mübarək dişlərini misvaklamış və ondan sonra Allahın dərgahına qovuşmuşdur.

Misvak istifadə edərək qılınan 2 rükət namaz misvaksız qılınan 70 rükət namazdan üstündür. Bəli, misvak həqiqətən mübarək bir nemətdir, misvak ərəb ölkələrində bitən əraq ağacının kökləridir, təxminən karandaş boyda kəsilir, dişə sürtən zaman uc hissəsi adi şotka formasını alır və dişin hər tərəfinə keçə bilir, olduqca faydalıdır, nəinki ağız boşluğuna, boğaza, qida borusuna, mədəyə, damaqlara, hətta misvakdan daimi istifadə edərkən gözlər çox işıqlanır.

Həzrəti Əli Allah ondan razı olsun belə demişdir: “misvakdan istifadə hafizəni gücləndirir, bəlğəmi aparır.” Misvakın tərkibində ağızı dezinfeksiya edən, dişləri parıldadan, diş tartarını əridən maddələr tərkibindəki zəngin ftor dişləri daha da sərtləşdirər, çürümənin qarşısını alar, diş ləkələrini təmizləyər. Tərkibindəki saponinlər bəlğəmgətirici iltihab əleyhinə təsirləri vardır, zəngin kalsium bizim sümük toxumamızın qarantıdır. Fosfor hansıki ən çox beynimimizin fosfora ehtiyacı vardır. Maqnezim bizim əzələ toxumamızın çalışmasının qarantıdır, azlığı kalsiumun sorulmasında problemlər əmələ gətirir. Kalium hansıki hüceyrələrin qidalanmasının, ürək əzələsinin, hafizəmizin düzgün çalışmasına yardımçıdır, duzun əlavə təsirini neytrallaşdırır. Hətta misvakda tapılmış kükürd di oksid bütün ağız boşluğu yaralarına əvəzolunmaz bir nemətdir. Misvakın tərkibindəki uçucu efirlər ağız qoxusunu götürür və ağızdan xoş iyin gəlməsinə səbəb olur, ağız göbələklərini məhv edirlər. Misvakın tərkibindəki maddələr insanın ağız dadına təsir edən bütün bakteriyaları öldürür, dadbilməni yaxşılaşdırır, bundan başqa ağızın turşu qələvi nisbətini normallaşdırır və beləcə başdan başa şəfa mənbəyi olaraq qalır.

(2,028 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.