Misvak haqqında ikinci yazımız davam edir, insanların böyük bir qismi elə fikirləşir ki, diş fırçaları ortaya çıxdı deyə artıq misvaka ehtiyac yoxdur, amma yazdığım bu iki məqaləni diqqətlə oxusanız və aralarındakı fərqi görsəniz fikriniz dəyişə bilər. Misvak nəinki dişləri təmizləyir, həm dişləri, həm ağız boşluğunu infeksiyadan, yaralardan, iydən təmizləyir, həm də boğaz üçün faydalıdır. Beləki misvakdan istifadə nəticəsində angina müalicə olunur, faringit – hansıki illərlə çəkir aradan qalxır, insanın səsi gözəlləşir və ağciyərləri təmizlənir.

Misvak çubuğunun ucu kəsiləndən sonra dişlərə sürtülür və fırça kimi açılır, dişləri təmizləyir, bu zaman həm də misvakın xüsüsi bir dadı gəlməyə başlayır. Dişlərə sürtünmə nəticəsində liflərin arasında olan yastıqcıqlar ağız boşluğuna yayılır. Əsas təsir edən maddə həmin yastıqcıqlardır. Sürtünmə nəticəsində dad yaranmırsa və uc hissə yapıxırsa, onda həmin hissəni qopardıb yenidən sürtmək lazımdır. Misvak 2 saata yaxın təsir edir və ağız boşluğunu 2 saat qoruyur. Yaxşı olar ki, hər 2-3 saatdan bir misvakdan istifadə edəsiniz.

Mən əsasən xanımlarımıza misvakdan istifadəni məsləhət görürəm, çünki həm sünnə yayılar, həm də evdə xanım istifadə edərsə, uşaqlar da ona baxıb istifadə edəcək və faydasını görəcək. Hamiləlik dönəmində xanımların dişlərində problemlər əmələ gəlir, ağız və boğaz yaraları daha tez-tez yaranır, çünki hamiləlik vaxtı mədədə turşuluq artır, bunun nəticəsində ağızda turşu qələvi balansı pozulur. Bu səbəbdən də misvak xanımlar üçün çox faydalıdır. Əgər hamilə xanımlar dişlərini hər 2-3 saatdan bir misvaklasalar, heç bir ağız və diş problemi ilə rastlaşmazlar. Misvak mənşəyindən asılı olmayaraq bütün ağız qoxularını aradan qaldırır. Əgər misvakdan istifadə edə bilmirsinizsə, barmağın yarısı qədər misvak çubuğunu yarım stəkan suda 10 dəq dəmləyin və bu su ilə ağızı qar-qara edin. Tez-tez qanayan damaq xəstəliyində, ağız yaralarında, boğazgəlmələrdə çox faydalıdır.

 Nəzərinizə çatdırım ki, guya zəhərlədiyindən Amerikada səhiyyə nazirliyi tərəfindən misvaka qadağa qoyulmuşdur, amma bütün dünyanı zəhərləyən aspartam maddəsi (hansıki həşəratları öldürmək üçün istehsal olunub) həm içəcəklərə, həm də diş pastalarına qatılaraq dünyaya satılır. Ağızda 80-ə yaxın bakteriya tapılmışdır ki, bunların 12-si diş çürümələrinə səbəb olur. Misvak bu bakteriyaların hamısını məhv edir. Xatırladım ki, bizim Bakıda yetişən mübrək zeytun ağacının köklərindən də misvak kimi istifadə edə bilərsiniz.

(2,088 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.