Ayaq yaraları çox səbəbdən yarana bilər, bəzən illərlə də davam edə bilir. Hazırladığım bu məlhəmlə trofik yaraları, yataq yaralarını, qızıl yel xəstələrini müalicə etmişəm. Bu, sınanılmış bir üsuldur, heç bir ziyanlı təsiri yoxdur. İllərlə sağalmayan yaralarda gözlənilməz nəticə alacaqsınız İnşAllah.

Məlhəm üçün lazım olan vasitələr:

Zeytun yağı (rafinə olmamış) – 250 qram

Propolis – 50 qram

Ud hindi – 30 qram

Xına – 30 qram

Əvvəlcə zeytun yağı qızdırılır, propolis kiçik-kiçik kəsilərək içinə atılır və əridilir, sonra oddan götürüb ud hindi, xına elave olunur, qarışdırılır. 1 həftə pencərədə günəş altında saxlanılır, ondan sonra istifadə edə bilərsiniz, gündə üç dəfə çalxalanır, sonra pambıqla yara üstü silinir.

(1,743 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.