Sağlam kökəlmək istəyənlər kökələ bilməməklərinə nəyin səbəb olduğunu və nədən şübhələnməli olduqlarını bilməlidirlər. Bunun ilkin səbəblərindən biri olan qurd xəstəliklərinin sizdə oluğundan əmin olsanız belə edin:

Dağtərxunu – 50qram

Boymadərən – 50qram

Qızılçətir – 50qram

Səna- 50 qram

Bu tərkib demək olar ki, bütün qurdları tökür. Bu bitkiləri bir-birinə qarışdırın, 2 xörək qaşığı qarışığı 3 stəkan qaynar suya tökün və termosda saxlayın. Böyükler 1 stekan, uşaqlar yarım stekan olmaqla, yeməkdən əvvəl içə bilərlər. Acılığından içilə bilinmədikdə bal qatmaq olar.

İkinci səbəb zob xəstəliyidir. Bu zaman nə qədər yemək yeyilsə də, yenə də adam arıqlayır. Sizdə hansı zobun olduğunu və qanda yodun miqdarının çox və ya az olduğunu bilmək lazımdır. Əgər yod azdırsa, aşağıdakı qarışımdan istifadə edə bilərsiniz.

Qaytarma- 50qr

Öksəotu- 50qr

Qoz arakəsməsi-50 qr

Bunları bir-birinə qarışdırıb, 3 çay qaşığı qarışımı 3stekan suda dəmləyib, yeməkdən əvvəl 1stəkan için və termosda saxlayın. Əgər yod çoxdursa verilmiş qarışımı yoxlayın.

 Öksəotu- 50 qr

 Safora- 50 qr

Damotu- 50 qr

Zəncəfil- 50 qram

Bu da birinci kimi içilir. İçdikdən sonra əsəblərə fikir vermək lazımdır.

İnsan uzun müddət az yeməklə qidalananda mədəsində balacalaşma əmələ gəlir. Bunun üçün iştahgətirici çaylar içilməsi lazımdır. Təxminən 15-20 gündən sonra mədəniz böyüyəcəkdir ve iştahınız normallaşacaqdır.

Yovşan- 100 qr

Gecəvər- 100 qr

Boymadərən- 100 qr

Əgər acı olsa, balla şirinləşdirib yeməkdən əvvəl 3 dəfə için. Bəs nələri yemək lazımdır? Peyğəmbərimiz (S A S) həzrəti Aişə anamıza nişanlı olanda Aişə anamız çox arıq idi. Ona xurma ve balqabağı çox yeməyi məsləhət bildilər və qısa bir müddətdə kökəldi.

Xəmir yeməkləri, yeməyin üstündən ləbləbilər, şirin meyvələrdən məsələn üzüm, əncir, ərik, kişmiş yemək lazımdır. Açıq havada yavaş-yavaş gəzmək lazımdır. Yemək həmişə eyni vaxtda yeyilməlidir, çünki yemək vaxtı çatanda mədə şirə ifraz edəcəkdir, bu da iştahla yeməyə səbəb olacaqdır. Yeməyi kollektiv olaraq yeyin, camaat olmaqda bərəkət vardır. Qoyun (quzu yox) ətinə üstünlük verin, kərə yağı işlədin.

Kökəlmək üçün məcun:

Qovurulmuş un – 0.5 kq

Kərə yağı – 0.5 kq

Bal – 0.5 kq

Qoz – 100 qram

Ərəb xurması – 200 qram (əzilmiş)

Balqabaq (qaynadılmış və əzilmiş) – 200 qram

zövqə görə zəncəfil, darçın, mixək qarışdıra bilərsiniz. Əvvəlcə yağı əridin, sonra unu qarışdırın, oddan götürün, bal və digərlərini əlavə edib qarışdırın. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı yeyin.

(1,706 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.