Yeradamı bitkisi Azərbaycanın demək olar hər yerində bitir, əsasən də Naxçıvanda daha çox geniş yayılmışdır. Elm aləmi bu bitkini zəhərli olaraq qəbul etmiş və daxilə istifadəsini qadağan etmişdir. Çünki yeradamı bitkisinin köklərində zəhərli spokolomin alkoloidi var. Bu bitki yalnız xaricə istifadə oluna bilər. Yeradamının spirtli dəmləməsi bel, oynaq ağrılarında ağrıyan nahiyyələrə kompres edilir və olduqca güclü bir ağrıkəsicidir.

Xalq təbabətində: yeradamı kökləri üyüdülür, toz formasına salınır, 100 qramı 500 qram bal ilə 1 saata yaxın qarışdırılır, bal smetan kimi ağarana qədər qarışdırılır, sonra 15 gün qaranlıq yerdə saxlanılır. 15 gündən sonra birinci 1 həftə yarım çay qaşığı, sonraki həftə 1 çay qaşığı, sonrakı həftə 1.5 çay qaşığı, sonrakı həftə isə 2 çay qaşığı daxilə qəbul olunur. Məcunun daxilə qəbulu zamanı əvvəlcə bel nahiyyəsində ağrılar olur, sonra keçir. Sağalmayan sinir xəstəliklərində, əsasən də oturaq sinir iltihabında istifadə edilir, doza həddini aşmaq olmaz, zəhərli olduğundan adamı öldürə bilər.

Bu məcun cinsi həvəssizlikdə də faydalıdır. Bitkinin kökləri insana bənzədiyi üçün yeradamı deyilir və köklərini yerdən çıxaranda insan iniltisinə bənzər bir səs verir.

(952 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.