Mənə az qala gündə neçə dəfə cavan qalmaq üçün nə etməli, nə içməli və s. tipli suallar ünvanlıyırlar. Cavan qalmaq sağlam həyat tərzi keçirmək deməkdir. Əgər insan sağlam həyat tərzi keçirərsə, qocalsa da formada olar, ağrıları olmaz və qıvraq olar. Bunun üçün nələr etmək lazımdır?

  1. Hamı eşitmiş olarki, məsələn filankəs 15 yaşında insanın qanını vurdurur. Əslində bu düzgün addım deyil, ən doğrusu insana cavan insan qanı yox, cavan erirosit, cavan leykosit lazımdır. Bunun üçün qocalmış hissəciklər bədəndən atılmalı, yerini cavan qan hissəcikləri tutmalıdır. Bunun üçün ən yaxşı üsul hicamadır. Hicama zamanı dəri altında passiv qalan qocalmış qan hissəcikləri çıxarılır və yerinə yeni qan hissəcikləri gəlir. Hicamadan sonra insan özünü yenidən doğulmuş kimi hiss edir.
  2. Yəqin ki, filankəs qanımı qaraltdı və ya qanım qaradır və s. ifadələr eşitmisiniz. Buda boşuna deyilmiş söz deyil, qara qan həmişə qatı qandır. Qatı qan həqiqətən insanı tez qocaldır, çünki bu zaman orqanlar, beynimiz, toxunmalarımız yaxşı qidalana bilmir, ürək həmişə əziyyətlə işləyir. Qan dövranında pozulmalar olur, əllər, ayaqlar həmişə soyuq olur və sair. Qanımızın həmişə yaxşı vəziyyətdə olması üçün və bütün orqanlarımızın yaxşı işləməsi üçün bizə zəli qoydurmaq lazımdır. Zəli insan dərisini cavanlaşdırır, hətta Avropada üz dərisini həmişə cavan və parlaq olması üçün zəlidən istifadə edirlər. Zəli təbii botoksdur.
  3. Xalq arasında qan qaralığı həm də əsəbi olmağa dəlalət edir, bu da başadüşüləndir. Əsəb qocalmanın ən başlıca səbəblərindəndir. İnsan əsəb keçirən zaman milyonlarla sinir hüceyrəsi məhv olunur, özünüzü əsəbdən qoruyun, arada lavanda, ballınanə, adi nanə, cökə, çobanyastığı, yarpız, pişikotu, qavzaban, mayasarmaşığı, zəncəfil çaylarından növbəli şəkildə içə bilərsiniz hicama və zəlinin özüdə əsəbsakitləşdiricidir.
  4. Bugün bütün dünya alimlərinin yekdil olaraq qəbul etdiyi qocalığın qarşısını almaq üçün vasitələrdən biri də bağırsaq mikroflorasıdır. Belə ki doymadan üst-üstə yeyilən yeməklər bağırsaqlarda çürümə əmələ gətirirlər, bunun nəticəsində də insan tez qocalmağa başlayır. Bu da məntiqli fikirdir, doymadan süfrədən duracaqsan acmamış yeməyəcksən. Bağırsaqlarda çürümə əmələ gəlməsinin qarşısını almaq üçün ən təsirli vasitələrdən biri də yemək zamanı qatıqdan və ya kefirdən istifadə etməkdir. Hər yemək zamanı 1 stəkan qatıq və ya kefir için, amma təbii olsun, özünüz hazırlamalısınız, marketlərdəki olmaz, onlarda probiotik özəllik az olur.
  5. Bugün bütün dünyanın qocalma əleyhinə mübarizə apardığı üsullardan biri də orqanizmin mühitinin qələviləşməsidir. Beləki bugün marketdə satılan ərzaqların hamısını bir yerə yığıb turşu qələvi nisbətini yoxlasaq burda 70/30 nisbətində bir nisbət əmələ gələcək, yəni 70 faiz turşuluğa çağıran yeməklər, 30 faiz qələviyə çağıran yeməklər. Deməli zaman-zaman bizim bədənimizin mühiti turşlaşır, ona görə də çarəsi tapılmayan xəstəliklər əmələ gəlməyə başlayır və olduqca çətin müalicəyə tabe olurlar, çünki təsəvvür edin insan oğlu 20-30 il belə qidalalarla qidalanır, sonda ağır xəstəliklər tutur. Yenə də vaxt lazımdır ki, qələvili qidalar yesin balansı qorusun, buna da ömür imkan versə. Ona görə də xəstə olmamışdan əvvəl meyvə-tərəvəz, əsasən də yerli bostan məhsulları, kələm salatı, kök şirəsi, zeytun yağı, alma sirkəsi, göyərtilər, çiy su, rafinə olmamış məhsullar, açıq havada bol-bol gəzmək kimi vasitələri vaxtında etməli, mümkün qədər sənaye məhsullarından uzaq durulmalıdır. Adi qara çay və kofe çox az istifadə olunmalıdır. Kimyəvi dərmanlar istifadədən çıxarılmalı əvəzinə təbii vasitələrdən istifadə edilməlidir.
(5,793 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.