Əməköməcinin çox zəngin tərkibi vardır. Tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə oluna bilər. Eyni zamanda həmin selikli maddələr qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə əməköməcinin dəmləməsi içilir. Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.

Əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. Həmçinin üz dərisində olan civzə və ləkələri aparmaq üçün stəkanın yarısına qədər təzə əməköməci doldurulur, üzərinə su tökülür, blenderlə qarışdırılır, üz gündə 2 dəfə bu qarışımla silinir.

Təzə əməköməci yığılır, əzilir və ya ətçəkən maşından keçirilir, keçəllik və saçtökülmə zamanı saça çəkilir, tərkibi seliklə zəngin olduğundan yapışqan kimi saça yapışır. Yaxşı olar ki, prosedur gündə 1 dəfə edilsin və 4-6 saat saçda saxlanılsın.

Bu bitkinin çox gözəl dovğası və qutabı da olur.

(6,559 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.