Anal çatlar uzun sürən qəbizlikdən, hamiləlik və doğuşdan, babasildən sonra əmələ gələ bilir. Müalicə olunmadıqda illərlə çəkir və hətta daha da ağırlaşa bilir. Bugün anal çatlar əsasən cərrahi üsulla müalicə olunur, dərmanlarla müalicə demək olar ki, nəticə vermir. Cərrahi müalicənin ağırlığını nəzərə alanda bitki müalicəsinin daha da əlverişli olması nəzərə alınmalıdır.

Birinci növbədə qəbizliyin qarşısı alınmalıdır. Bunun üçün Qafqaz kefiri əvəzolunmaz bir vasitədir, çünki çat zamanı bəzən bağırsaq mikroflorası da pozula bilir, kefir pozulmuş mikrofloranı normallaşdırır. Deməli, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan Qafqaz kefiri içilir və hər stəkana 1 çay qaşığı üyüdülmüş zəyərək toxumu qarışdırılır. Zəyərəyin tərkibindəki selik bağırsaq divarını bürüyür və çatın genişlənməsinin qarşısını alır.

İkinci növbədə 100 qram keçi piyi, 100 qram arı mumu, 1 çay qaşığı İran xınası, 20 qram propolis, 1 çay qaşığı palıd qabığı tozu götürülür, piy və mum əridilir, sonra propolis əlavə olunur, bitki tozları çox narın üyüdülərək qarışığa əlavə olunur, qarışdırılır, od üzərindən götürülür, ikiqat tənzifdən süzülür, sonra şam formasına salınır və soyuducuya qoyulur. Hər gün axşamlar 1 ədəd şam düz bağırsağa yeridilir.

Üçüncü növbədə 100 qram zeytun yağı, 1 çay qaşığı xına, 1 çay qaşığı palıd qabığı tozu, 10 qram propolis götürülür. Zeytun yağı qızdırılır, propolis əlavə olunur, yağda əridilir, sonra xına və palıd qabığı tozu əlavə olunur, oddan götürülür. Bu yağ şüşə qaba tökülüb 10 gün günəş altında saxlanılır və gündə 3 dəfə anal dəliyin kənarlarına çəkilir və daxilə yeridilir.

(5,540 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.