Qəbizlik uzun zaman oturaq həyat tərzi keçirən insanlarda, heyvani qidalardan çox istifadə edən adamlarda, su az içən adamlarda daha çox əmələ gəlir. Qəbizlik adi görünsə də, əslində insan sağlamlığı üçün təhlükəlidir, çünki qəbizlik 3 gündən artıq çəkərsə bədənə zəhərli toksinlər sorulmağa başlayır. Qəbiz olan insanlar sonra babasil xəstəliyinə tutulurlar, bağırsaq çatları daha tez əmələ gəlir, köpdən əziyyət çəkirlər və s.

Qəbiz olmamaq üçün nələr etməliyik?

  • Qəbiz olmamaq üçün yaxşı olar yeməkdən yarım saat əvvəl çiy su içəsiniz, yeməkdən əvvəl salat yeməyə vərdiş edin, çalışın salatın içindəki tərəvəzlər bişmiş olmasın, salatlara həmişə rafinə olmamış zeytun yağı tökün. Ümumiyyətlə yeməkdən əvvəl içilmiş 1 xörək qaşığı zeytun yağıda faydalıdır.
  • Yeməkdən əvvəl zəyərək yağıda içmək faydalıdır.
  • Tərkibində bol lif olan qidalar qəbizliyin qarşısını alır, məsələn əncir qurusu, ərik qurusu, gavalı qurusu, ananas qurusu, kişmiş, üzüm şirəsi, şirin sulu alma, alma şirəsi, ananas şirəsi, kələm, kök, kahı, cəfəri, zeytun, qatıq, kefir.
  • Axşamdan 6-8 ədəd yerli gavalını 1 stəkan qaynar suya qoyun səhər ac qarına bu suyu için. Gavalıları da yeyin, həmin gün axşama qədər mədə bağırsağınız normada olacaqdır.
  • Adi buğda kəpəyi tərkibində zəngin sellüloza vardır, salatlara və ya adi suya qarışdırıb içə bilərsiniz.
  • Kefir gündə 2 stəkan yeməkdən əvvəl için, hər stəkana 1 çay qaşığı zəyərək üyüdüb qarışdırın.
  • Səna bitkisi mədə bağırsaq qəbizliyi olanlar üçün əla bir bitkidir, amma bu bitkini daimi qəbul etmək olmaz, daimi qəbul zamanı bağırsaqlar təmbəlləşir, saydığım məsləhətlərlə birgə səna bitkisindən həftədə 3 dəfə istifadə edə bilərsiniz.
  • Hər gün 1-2 saat açıq havada yeyin-yeyin gəzmək çox faydalıdır, çünki gəzən zaman bağırsaqlar daha da yaxşı işləməyə başlayır, qəbizlik və köp aradan qalxır.
  • Biyan kökü, Zəyərək, Gülxətimi kökü hərəsindən 100 qram bir-birinə qarışdırın, qarışıqdan 1 çay qaşığı 1 stəkan suda dəmləmə edin, yeməkdən əvvəl 1 stəkan için. Bu tərkibi həm qəbizlik zamanı, həm də mədə bağırsaq yaralarında istifadə edə bilərsiniz.
(2,759 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.