Doğulacaq uşağınızın beyin inkişafının yaxşı olması üçün hamilə vaxtı zəyərək toxumundan və ya yağından istifadə edin. Zəyərək yağında zəndin omeqa 6 və omeqa 3 yağ turşuları vardır.

Doğulacaq uşağın normal uşaqlardan əqli cəhətdən geri qalmasını istəmirsinizsə, yodlu duzdan istifadə edin və ya salatlarınızın üstünə dəniz kələmi bitkisini duz kimi səpib yeyin.

Doğulacaq uşağınızın köpdən əziyyət çəkməsini istəmirsinizsə, hamilə vaxtı təzə şüyüddən bol-bol yeyin, şüyüd həm də zəngin yod mənbəyidir.

Doğulacaq uşağınızın anemiya (qan azlığı) olmasını istəmirsinizsə, hamilə vaxtı qoyun əti və badımcan yeyin.

Doğulacaq uşağınızın kalsium çatışmazlığı kimi xəstəlikdən əziyyət çəkməsini istəmirsinizsə, hamilə vaxtı çuğundur şirəsi için, amma aşırı dərəcədə yox, çünki həddən artıq sümükləşmə beyin inkişafını saxlaya bilər.

 Hamilələr üçün ən yaxşı qidalardan biri də baldır. Balda həm ana üçün, həm də uşaq üçün bütün minerallar vardır, yaxşı olar ki, bal şərbət formasında gündə 2 dəfə içilsin.

Əgər uşağınızın gözəl olmasını istəyirsinizsə, hamilə vaxtı bol-bol heyva yeyin.

(1,120 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.