Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) “qəzəb şeytandandır” demiş və qəzəbli vaxtda edilən hərəkətlərin şeytanın istəyi ilə edildiyini söyləmişdir.

Bəlkə də hamımız “əsəbiləşdim, belə etdim” ifadəsini işlədirik. Amma sonrakı peşmançılıq fayda verməz, deyərlər, ona görə də əsəbləşəndə nə etməli olduğumuz barədə peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) bizlərə nəsihət vermişdir.

Məncə, bu məsləhətləri öyrənib həyatımıza tətbiq edə bilsək, heç vaxt etdiyimiz işin peşmançılığını çəkmərik. Qəzəb cəhənnəmdəndir, onu su ilə söndürün, qəzəbləndiyiniz zaman ən yaxşı hərəkət dəstəmaz (abdəst) almaqdır. Deməli, əsəbi olan zaman əsəbləri ən yaxşı sakitləşdirən əllərimizin, ayaqlarımızın soyuq su ilə yuyulmasıdır.

Bundan başqa, duruş vəziyyətini dəyişmək daha düzgündür, məsələn, ayaq üstə olan zaman oturmaq, oturan zaman uzanmaq kimi hərəkətlər də əsəbləri sakitləşdirir. Əsəbləşən zaman hər kimsə öz-özünə “azğınlaşmış şeytanın şərindən ALLAHA sığınıram” – ürəkdən desə, həmin anda əsəbləri sakitləşər, inşAllah. Bundan başqa Fələq, Nas, İxlas və Fatihə surələrinin söylənilməsi də çox yaxşı əsəbsakitləşdirici təsir edir.

(3,502 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.