Bəlkə də hamımız əsəbləşdim belə etdim –deyə ifadələr işlədirik. Amma sonrakı peşmançılıq fayda verməz, deyərlər ona görə də əsəbləşəndə nə etməli olduğumuz barədə peyğəmbərimiz (Səlləlləhu aleyhi vəsəlləm) bizlərə nəsihət vermişdir.

Məncə bu məsləhətləri öyrənib həyatımıza tətbiq edə bilsək, heç vaxt etdiyimiz işin peşmançılığını çəkmərik inşAllah. Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsəlləm) qəzəb şeytandandır – demiş və qəzəbli vaxtı edilən hərəkətləri şeytanın istəyinə olaraq edildiyini söyləmişdir.

Qəzəb cəhənnəmdəndir, onu su ilə söndürün, qəzəbləndiyiniz zaman ən yaxşı hərəkət dəstəmaz (abdəst) almaqdır. Deməli, əsəbi olan zaman əsəbləri ən yaxşı sakitləşdirən əllərimizin, ayaqlarımızın soyuq su ilə yuyulmasıdır.

Bundan başqa duruş vəziyyətini dəyişmək daha düzgündür, məsələn ayaq üstə olan zaman oturmaq, oturan zaman uzanmaq kimi hərəkətlər də əsəbləri sakitləşdirir. Əsəbləşən zaman hər kimsə öz-özünə “azğınlaşmış şeytanın şərindən ALLAHA sığınıram” – desə, həmin anda əsəbləri sakitləşər inşAllah. Bundan başqa Fələq və Nas surələrini söylənilməsi də çox yaxşı əsəbsakitləşdiricidir.

(1,909 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.