Bəlkə də çox adamlar üçün maraqlı olmaya bilər, amma bu xəstəlikdən elə Azərbaycanımızda minlərlə insanlar əziyyət çəkirlər. Sponilit zamanı oynaqların arasındakı yumşaq toxuma sərtləşməyə başlayır, çox güclü bir ağrılar olur, ağır üzücü bir xəstəlikdir, illərlə dərman müalicələri almaqlarına baxmayaraq nəticə ürəkaçan olmur, xəstələr ağrıların şiddətindən illərlə dərmanlar içməyə məcbur olur. Spondillit revmatizma xəstəliyini bir növü olub sonda oynaqların əyilməsinə və hərəkətsiz qalmasına səbəb olur. Spodillit xəstəliyinin bir neçə müalicə variantlarını yazacam, inşallah yaxşı olar. Bu üsullardan istifadə edən şəxslər gördükləri nəticələri qeyd etsinlər ki, bütün bu tip xəstələr də faydalana bilsinlər və mənim də çatışmazlıqlarım olsa qeyd edin ki. bizdə səhvimiz varsa düzəldək inşallah.

Birincisi belə xəstələr çox hərəkət etməli, əsasən də su idmanlarını çox etməlidirlər. Təzə gicitkən yarpaqları ilə gündə bir dəfə yarım saat xəstə oynaqları vurmaq lazımdır, beləki gicitkənin tərkibindəki zəhərli maddələr oynaq nahiyyəsini acışdıracaq, amma həm də ağrıların azalmasına və müalicəsinə yaxşı təsir edəcəkdir, bunu ildə 4 dəfə hər dəfə 15 gün edə bilərsiniz. Xatırladım ki, təzə kicitkəni ilin bütün fəsillərində tapmaq olar.

Daimi olaraq qeyd olunan çaylar içilməlidir: Cökə 50 qram, Ud hindi 50 qram bu bitkiləri bir-birinə qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suda dəmləyib gündə 3 dəfə içməli. Sonrakı müalicədə ud hindi olduğu kimi qalmalı, cökə əvəzinə ballınanə, sonra efkalipt, sonra lavanda və beləcə bu müalicə aparılmalıdır.

Ağrıyan oynaqlar gündə bir dəfə yarım saat isidilmiş qarazirə yağı ilə masaj olunmalıdır.

Spondillit xəstəliyində ən çox faydalı hicamadır, beləki ağrıyan oynaq üzərinə ayda 3-4 banka hicama etdirmək çox fayda verir. Hicama zamanı iltihablaşmış qanın xaric olunması xəstənin vəziyyətini çox yaxşılaşdırır.

Spondillit xəstələrinə son tövsiyyəm budur ki, ayda bir dəfə ağrıyan oynaqların üzərinə 5-8 ədəd zəli qoysunlar, bunu 10 ədədə qədər qaldıra bilərsiniz, amma qanınızın faizini və laxtalanmasını nəzarətdə saxlamaq şətilə. Beləki zəlinin ağzındakı maddələr nəinki sümükləşməni azaldır, hətta kirəcləşmiş toxumaların elastikləşməsinə səbəb olur.

Sonda belə xəstələr düz yataqda yatmalı, qalın döşəkdə yox adi yorğan qalınlığımda bir şeyin üstündə yatmalı, başları çox dik olmamaq şərtilə yatmalıdırlar. Bişmiş yeməklərdən az istifadə etməli, imkanları daxilində bişməmiş tərəvəz, salatları zeytun yağı ilə qarışdırıb yeməlidirlər.

 

(2,593 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.