Cökə çiçəyi çayı dünyada ən çox içilən dərman bitki-lərindən biridir və olduqca maraqlı quruluşa malikdir. Cökə çiçəkləri formaca daha çox yarpağa bənzəsə də, əslində həqiqi yarpaqlarından görünüş və rəng cəhətdən fərqlidir. Çox ləzzətli bir dadı vardır, bal ətri verir, dünyada daha çox əsəb sakitləşdirici kimi içilir, amma tərlədici və bədəni yumşaltmaq xüsusiyyətləri də var. Axşam yatmazdan əvvəl 1 stəkan içilib yatanda yuxunu dərinləşdirir, həmçinin bədən, əl, ayaq soyuqluğundan əziyyət çəkənlər üçün əvəzolunmaz bir vasitədir.

Azərbaycanda geniş yayılmış bir ağacdır, Balakən, Zaqatala, Astara, Daşkəsən kimi rayonlarımızda cökə ağacları daha çoxdur. Cökə ağacından hazırlanan buxar hamamlarında və saunalarda çox xoş bir ətir olur. Keçmişdə cökədən nehrə hazırlayardılar, bu nehrənin yağından azacıq cökə ətri gələrdi.

Amerikada Çikaqo Universitetində çox maraqlı bir eksperiment keçirmişlər. Belə ki, soyuqdəyməli xəstələri 3 qrupa bölmüşlər: birinci qrupa antibiotik, ikinci qrupa həm antibiotik, həm cökə çiçəyi çayı, üçüncü qrupa isə təkcə cökə çayı verərək müalicə etmişlər. Nəticədə tək cökə çayı verilmiş üçüncü qrup xəstələr həm tez sağalmış, həm də xəstəliyin fəsadı qalmamışdır.

Cökə çiçəyinin heç bir zərərli təsiri olmadığından soyuqdəymə zamanı ondan tərləyənə qədər bol-bol içmək olar. Zoğal və ya moruq mürəbbəsi ilə içdikdə daha tez tərlədir. Cökə, eyni zamanda qan təzyiqini aşağı salır, çox istifadə edənlər bunu nəzərə alaraq dəmləməyə bal əlavə etməlidirlər. Yüksəlmiş temperaturu aşağı salır, öskürək və ürək döyüntülərinin artması zaman çayın içilməsi faydalıdır.

(5,555 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.