Dəyərli dostlar, revmatoidli artrit çox ağır bir xəstəlik olub, əsasən oynaq ağrıları ilə müşayiət olunan və sonda oynaqların əyilərək sıradan çıxması ilə nəticələnir. Çox çətin müalicəyə tabe olur və müasir dövrdə yalnız hormonal dərmanlarla müalicə olunur və bu da müalicədən çox ağrıların şiddətini azaltmaqla müalicə olunur. Bəs başqa bir variant varmı?

Revmatoidli artrit zamanı xalq təbabətində çox faydalı üsullar:

  1. Xəstə 2 ay fasiləsiz oruc tutmalıdır, aclıq zamanı orqanizm özü öz toxumasını zədələmir.
  2. Başdan, kürəkdən, beldən və şişmiş oynaqların ətraflarından hicama olunmalısınız. Hicama zamanı xəstənin ağrıları azalır və iltihablaşmış oynaqları zədələnmədən qoruyur.
  3. Hicamadan sonra zəli qoya bilərsiniz, zəli bədəndədəki qan damarlarını açır, iltihablanmanı azaldır. Zəlini hər 10 gündən bir 6 ədəd olmaqla cəmi 42 və ya 48 ədəd qoya bilərsiniz. Əvvəlcə qaraciyər üstünə 6 ədəd, sonra boyuna 6 ədəd, sonra kürəyə 6 ədəd, sonra belə 6, sonra büzdüm hissəsinə 6 ədəd, sonra iltihablanmış oynaqların üstünə 6 ədəd zəli qoyulur.
  4. Orqanizmin qüvvətini artırmaq üçün belə bir məcun yazıram. Məcundan gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyin. Tərkibi: Propolis 40 qram, zəncəfil 40 qram, qarazire 40 qram, çiçək tozu 40 qram, ud hindi 40 qram, bal 1 kq.
  1. İldə bir dəfə Naftalana və ya Hövsan yolundakı duzlu gölə gedib oranın palçığından bütün bədənə yaxıb isti qum üstündə 1 saat gözləməniz lazımdır. Müalicə müddəti 20 gündür.
  2. Qobu yolunun üstündə vulkan palçığı var, həmin palçığı bir vannaya töküb vanna qəbul etmək də çox faydalıdır.
  3. Tikanlı kəvər çayı içmək lazımdır. Gündə 15 ədəd çiçəyi 3 stekan suda dəmləmə edin, 1 il. yeməkdən iki saat sonra gündə üç dəfə hərdən bir stekan için.
(2,377 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.