Çaşır kökü Azərbaycanda, əsasən, Naxçıvanda, Qubada, Qusarda geniş yayılmışdır. Acı bir dadı vardır, dadlı və iştahaçıcı turşusu olur. Naxçıvanda çox məşhurdur. Müalicə məqsədi ilə köklərindən istifadə olunur, köklərinin suda dəmləməsi yaxşı qurdqovucudur, iştah açıcıdır, immun sistemi gücləndirir, uzun müddətli öskürək zamanı faydalıdır, tərkibi antioksidantlarla zəngin olduğundan xərçəng xəstəliyinin müalicə və profilaktikasında faydalıdır.

200 qram qurudulmuş çaşır köklərini 1 kq bal ilə qarışdırın, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyin, bu məcun eynı zamanda sonsuzluğun müalicəsində hərəkətli spermanın miqdarını artırmaq məqsədi ilə də istifadə edilə bilər.

(1,567 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.