Yaddaşı gücləndirmək üçün nə etməliyik və niyə bizim hafizəmiz zəifləyir, diqqətimiz azalır. Bütün bu halların qarşısını almaq üçün bir neçə məsləhətə əməl etmək lazımdır:

Öncə qanda hemoqlobin səviyyəsini yoxlatmaq yaxşı olar, çünki qanazlığında belə hallar ola bilər. Əgər anemiya varsa, 1 kiloqram çuğunduru 1 kiloqram balın içinə doğrayıb qarışdırın. 1 həftə gözləyin, sonra süzün, gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı için.

Həddən artıq yemək beyinə axan qanın azalmasına səbəb olur, buna görə acmamış yeməyin, doymamış süfrədən durun. Həftədə 2 dəfə oruc tutulması beynin qidalanmasını yaxşılaşdırır.

Gündə 2 stəkan kök şirəsi yaddaşı inanılmaz dərəcədə gücləndirir.

Başdan hicama yaddaşsızlıq və diqqət zəifliyi üçün möhtəşəm bir vasitədir, eyni zamanda baş ağrılarını götürür, görməni yaxşılaşdırır, əzbərləmə qabiliyyətini gücləndirir.

Gündə 2 dəfə 1 xörək qaşığı balı 1 stəkan çiy suya qarışdırıb şərbət halında içə bilərsiniz.

Həzrəti Əlidən möhtəşəm bir resept: 1 qram zəfəran yarım stəkan isti (qaynar yox!) suya qarışdırılıb 12 saat gözlənilir, sonra stəkan tam dolana qədər süd əlavə edilir, səhər yuxudan duran kimi məhlul içilir və zəfəranlar yeyilir. İçəndən yarım saat sonra yemək yeyilməlidir.

Yaddaş məcunu: zəncəfil 40 qram, ginkqo biloba 40 qram, çiçək tozu 40 qram, yapon soforası çiçəyi 40 qram, jenşen kökü 40 qram, bal 1 kiloqram. Bitkilər qurudulmuş olmalı, toz formasına salınmalı və bal ilə yaxşı-yaxşı qarışdırılmalıdır. Böyüklər gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı, uşaqlar yarım çay qaşığı qəbul etməlidir. Xatırladım ki, imtahana hazırlaşan yeniyetmələr üçün çox faydalıdır.

(7,414 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.