Bu yaxınlarda nənəm kənddən qonağım oldu və çox maraqlı reseptlər söylədi. Xatırladım ki, bunlar mənim reseptlərim deyil, bu reseptlər illərlə istifadə olunmuş və hələ də öz aktuallığın itirməmiş reseptlərdir.

Qımıc əyilməsi: Xalq təbabətində qımıc büzdüm sümüyünə deyilir. Qımıc həm sağa, sola, həm də içəri əyilə bilir. Sağa əyiləndə sağ ayaq ağrıyır, müalicə olunmadıqda ayaq əzələləri arıqlamağa başlayır və sonda şikəstliklə nəticələnir. Sola əyiləndə sol ayaqda belə hallar olur, içəri əyiləndə dəhşətli ağrılar əmələ gəlir. Və çox maraqlı da müalicə üsulu söylədi və 100-lərcə insanları bu üsulla müalicə etdiyini və hamısının da yaxşı olduğunu bildirdi. Deməli qımıc əvvəlcə əyriliyi təyin olunur, sonra kartof böyüklükdə çilədağı ət maşınından keçirilib yarısı qədər çəkilmiş qoyun quyruğu ile qarışdırılır. Büzdüm sümüyünün üstünə qoyulur, çilədağı ən azı 12 saat saxlanılmaqla 5-7 gün qoyulur, sonda üstdən büzdüm sümüyü əl ilə tutulub düzəldilir və 5-6 gün müddətində nəzarət olunur, bununla da ağrılar keçir. (xatırladım ki, çilədağı bağ sümük toxumasına yumşaldıcı xüsusiyyəti vardır.)

(1,702 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.