Revmatizma xəstəliyinə xalq arasında yel xəstəliyi, hav xəstəliyi kimi adlar deyilir və maraqlı da müalicə üsulu vardır. Yel xəstəliyi zamanı xəstəni 3 gün müddətində gündə 2 ədəd təzə kəsilmiş qoyun dərisinə bükürlər və gün ərzində ən azı 12 saat xəstə bu dərilərdə qalmalıdır, həddindən artıq qızışma və istilik əmələ gətirir, çox güclü bir tərlədici xüsusiyyəti vardır, 3 gündən sonra prosedur bitir, xəstə yuyunur və ağrıları keçir, eyni zamanda bunu revmatoidli artrit (xalq arasında qayıdan Revmatizma deyilir) zamanı da istifadə etmək olar.

Xatırladım ki, bu resept mənə məxsus deyil, nənəmin istifadə etdiyi üsullardır.

(1,877 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.