Ərküdə başqa adı İbrahimağacı kimi tanınan kol formasında bitən ağac Bakımızın hər tərəfində bəzək bitkisi kimi əkilir. Müalicə məqsədi ilə toxumlarından istifadə olunur. Ərküdə çayını kişilər içəndə cinsi istəkləri azalır, qadınlar içəndə isə əksinə təsir edir. Ərküdə həqiqətən qadınotudur, desək yanılmarıq. Qadın xəstəliklərinin demək olar hamısında istifadə olunur. Ərküdə qadınlarda adət pozğunluğunda follikül yetişməzliyində prolaktin fermentinin artmasından sonra çayın qəbulu yüksəlmiş prolaktini aşağı salır (xatırladım ki prolaktin yüksələndə qadınlarda güclü başağrıları, süd vəzilərindən süd gəlməsi və uşaqsalma kimi hallar olur). Hipofiz vəzidə əmələ gələn şişləri və kistaları ərküdə çayı əridir, sadəcə bu zaman çayın qəbulunu 3-5 ay etmək lazımdır. Ərküdə çayı klimakterik dövrün əmələ gəlməsini uzadır (xatırladım ki. klimakterik dövrün başlaması qadınlıq fəaliyyətinin sona çatması deməkdir.) Süd vəzilərində əmələ gələn düyünlərin və kistaların əridilməsi üçün əla bir vasitədir. Mastopatiyalı xanımların hər içəcəyi çay ərküdə çayı olmalıdır. Uşaqlıdakı kistaların əridilməsi üçün ərküdə əla bir vasitədir. Ərküdə proqesteron fermentinin istehsalını artırır, bununla da qadın sonsuzluğunun qarşısını almaq üçün əla bir vasitədir. Ərküdə parkinson xəstəliyinin müalicəsində uğurla istifadə olunur, belə ki ərküdə dofamin istehsalını artırır (xatırladım ki, parkinson xəstəliyində dofamin istehsalı azalır)

Ümumiyyətlə saydığım problemlər olmasa belə hər bir qadın ayda 1 həftə ərküdə çayı içsə özünü sağlam hiss edər, saydığım xəstəliklərə də tutulmaz. Ərküdə çayının qəbulu qadın cinsi orqanlarının gələcəkdə xərçəng olma ehtimalını azaldır. Ərküdə toxumları gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir çay qaşığı bir stekan suda 10 dəqiqə dəmlənilməli (yaxşı olar ki toxumlar dəmlənilməzdən əvvəl həvəngdəstədə əzilsin) və içilməlidir. Ərküdə çayını adət hallarında içmək olmaz. Hamilə zamanı içilməsi məsləhət gorülmür. Südverən anaların içməsi məsləhətdir, südün istehsalını artırır.

(3,675 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.