Dəyərli dostlar, bir gün peyğəmbəriniz (Sallallahu Aleyhi Vəsəlləm) kasnı bitkisini əlinə alır və bu bitkinin hər gün cənnət mələkləri tərəfindən sulandığını bildirir və bu bitkinin olduqca faydalı bir bitki olduğunu bildirir. Kasnı bitkisinin bütün hissləri müalicəvi məqsədlə istifadə olunur. Məsələn üst yaşıl hissəsinin cavan zoğları salatlara qarışdırılıb yeyilir, həm də dəmlənilib içilir. Kasnının tərkibində zəngin insulin maddəsi vardır, bu maddə qaraciyər hüceyrələrini yeniləyir, yüksəlmiş xolesterini aşağı salır, qaraciyər mənşəli köpməni aradan qaldırır.

Mədəaltı vəz iltihabında istifadə olunan və geniş təsir spektrinə malik nadir bitkilərdən biridir, həm qaraciyər, həm mədəaltı vəz xəstəliyində köklərinin dəmləməsi içilir, kasnı şəkər xəstələri üçün də olduqca faydalıdır. Beləki kasnı mədəaltı vəzidə insulin istehsalını artırır, zaman-zaman şəkəri aşağı salır, yüngül işlədici təsiri vardır, bununla da qəbizlikdən və babasildən əziyyət çəkənlər üçün şəfalıdır. Bağırsaqları yaxşı işlətdiyindən bağırsaq köplərini götürür. İmmuniteti yüksəldir, xroniki bronxit xəstələri üçün faydalıdır, kasnı bədəndə gedən bütün iltihabı xəstəliklər üçün faydalıdır. Kasnı Azerbaycanın hər tərəfində bitən bir bitkidir

Qeyd: Xahiş edirəm oxuyandan sonra hardan ala bilərik deyə mənə yazmayın, bəzi adamlar elə düşünür ki, mən alver xatirinə yazıram. Şəkilləri özüm çəkmişəm baxa bilərsiniz, rusca adı çikori, türkcə adı mavi hindibadır. Kasnı elə bir bitkidir ki, hər bir insan bir həftə dəmləməsini içən kimi effektini görəcək inşallah.

İstifadə qaydası belədir: gündə 3 dəfə yeməkdən əvvəl bir çay qaşığı kasnı kökü 1 stekan suda 10 dəq dəmlənilir, ilıq içilir. Kasnı köklərini yığın, qurudun, sonra tavada qovurun və üyüdün çox faydalı bir kofeniz olacaqdır.

(3,115 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.