Diş ağrıları əleyhinə təbii vasitələr indi az istifadə olunsa da yenə də təkrarlamaq məncə yaxşı olardı. Bəzən ağrıyan dişin üzərinə antibiotik qoyulur, bu çox səhv bir addımdır, çünki antibiotik qana sorulmalı ağrı nahiyyəsini blokadaya almalıdırsa, belə edəndə nəticəsi olmur. Diş ağrıyan zaman 1-2 ədəd mixəyi ağrıyan dişin üstünə qoyun ağrı 3-5 dəqiqəyə azalmağa başlayacaqdır. Və ya 1 çay qaşığı mixəyi 100 qram adi arağın içinə töküb evdə saxlayın, diş ağrıları olan zaman pambığı bu yağa batırıb ağrıyan dişin üzərinə qoyun, həmən kəsəcəkdir. Diş ağrıları zamanı 100 qram alma sirkəsinə 1 xörək qaşığı duz qarışdırıb qarqara edin ağrı azalacaqdır. 20 qram propolisi 100 qram arağın içində həll edin, diş ağrıları zamanı qarqara edin, ağrılar keçəcək, şişmiş dişlərin şişləri yatmağa başlayacaq.

Əgər dişlərinizin dibi damağınız şişibdirsə, deməli diş köklərində iltihabi bir ocaq vardır. Onda bal 300 qram, propolis 20 qram, ud hindi 30 qram, bir-birinə yaxşı-yaxşı qarışdırıb gündə 3 dəfə hər dəfə yarım çay qaşığı yeməkdən əvvəl yeyin, bu bədənin immun sistemini çox yüksəldir və bədəni iltihab əleyhinə səfərbər edir, 2-3 gün müddətinə şişlər geriyə sorulacaqdır

(1,635 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.