Zeytun yağının bu yay günlərində dəriyə nə qədər faydalı olduğunu bilirdinizmi? Peyğəmbərimiz (Sallallahu Aleyhi və Səlləm) həmişə isti yay günlərində zeytun yağı ilə yağlanarmış və bunun sağlamlıq üçün faydalı olduğunu bildirmişdir.

Deməli, birincisi zeytun ağacı 4-5 əsr yaşaya bilir, bu uzunömürlük hər ağacda olmur.

İkincisi, zeytun yağı başdan-başa vitamin, mineral, polifenol mənbəyidir və elə buna görə isti yay günlərində dəridən sorulma daha tez getdiyindən bunun insana nə qədər faydalı olduğunu bilməmiz lazımdır.

Üçüncüsü həmin dövrdə yalnız soyuq sıxılma ilə alınmış zeytun yağından söhbət gedə bilərdisə, bizdə bu gün yalnız soyuq üsulla alınmış zeytun yağından istifadə edilməsini məsləhət görürük. Yaxşı olar bu məqsədlə yerli yağlardan istifade edəsiniz, məsələn Abşeron, Zirə sızma yağları faydalıdır. Zeytun yağı indi isti yay günlərində dənizə gedənlər üçün əvəzolunmazdır, yuyunmazdan əvvəl bütün bədəninizi yaxşı-yaxşı yağlayın, yuyunun, qurulanın, amma sabunla yuyunmayın, zeytun yağını dərıyə dairəvi istiqamətdə sürtsəniz, dəri qırışlarınız və selilütlər yavaş-yavaş azalacaqdır, dəriniz parlaq və canlı olacaqdır. Bunu 2- 3 prosedurdan sonra görəcəksiniz, zeytun yağı gələcəkdə əmələ gələn dəri xərçənginin qarşısını almaq üçün əla vasitədir, çünki zeytun yağı başdan-başa antioksidantdır.

Zeytun yağını çəkinmədən gözaltı qırışlara vurun, az bir vaxtdan sonra qırışların azaldığını görəcəksiniz, zeytun yağını keçi piyi ilə bərabər miqdarda əridin, soyudun, sonra daban və qarın çatlarına vurun, çatlar az bir vaxtdan sonra keçəcəkdir. Zeytun yağını bərabər miqdarda arı mumu ilə birlikdə əridin və bu qarışımdan dodaqlarınıza vurun dodaqlar həm yumşaq, həm də partlamayacaqdır. Zeytun yağını bədənə və üzə bol-bol vurun bütün ləkələriniz təmizlənəcəkdir. Zeytun yağı dəridən sorulur və dərinin həm qalınlaşmasına, həm də elastikləşməsinə səbəb olur, belə dəri qırışmalara meyilli olmur, zeytun yağı dırnaqları kövrək olanlar üçün də faydalıdır. Zeytun yağı oynaq kirəcləşməsinin qarşısını alır və kirəclərin fəsadlarını aradan götürür. Zeytun yağı dəridəki bakteriya və göbələkləri məhv edir. Bütün bu məqsədlər üçün rafinə edilməmiş (extra virgin) zeytun yağından istifadə edilməlidir.

(1,609 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.