Bugün hamımızın yediyi çörəklərin mayası süni üsulla hazırlanmış kimyəvi bir maddədir. Bu, maya deyil. Süni maya ilə hazırlanmış çörəklə təbii maya ilə bişirilmiş çörək arasında böyük fərq vardır. Süni maya ilə biz öz ömrümüzü qayçılayırıq, belə ki, süni maya mineral və vitamin sorulmasını ləngidir, bağırsaq mikroflorasını pozur, immun sistemimizi zəiflədir və allergiyaya meyilliyi artırır, amma təbii maya bunun tam əksinə təsir edir və Allahın bizə verdiyi ömrü sağlam yaşamağımıza yardımçı olur.

Keçmişdə həmişə çörəyi təbii xəmirlə qıcqırdıb bişirirdilərsə, indi artıq çox insanlar təbii mayanın necə hazırlanmasını bilmir. Mən bir neçə üsul yazıram, bu üsulların hansı sizə səmərəlidirsə istifadə edə bilərsiniz.

  1. Yarım stəkan noxud, 1 kq un, 3-4 stəkan su götürülür. Noxud 1 gün öncə isladılır, sonra qabıqları soyulub əzilir, sonra su və un əlavə edilib yaxşıca qarışdırılır, xəmirin 3 dəfə böyüyəcəyini nəzərə alıb bir qaba qoyulur, sonra adi otaq temperaturunda 6-7 saat saxlanır. Maya hazırdır.

Hazır mayanın bir hissəsi kəsilib soyuducuda saxlanır, həmişə xəmir qıcqırdanda hazır xəmirdən də götürülərək saxlanır və maya kimi istifadə oluna bilir. Yaxşı olar, mayanı dəyirman unundan, kəpəkli undan hazırlayasınız, onda maya daha keyfiyyətli olur.

  1. 40 qram mayasarmaşığı qozaları 0,5 litr suda dəmlənir, süzüldükdən sonra suyuna 1 kq un qarışdırılaraq xəmir hazırlanır, 6-7 saat gözlənilir. Maya hazırdır.
  2. 50 qram cökə çiçəyi 0,5 litr suda dəmlənir, süzülür, 1 kq unla qarışdırılıb xəmir hazırlanır, 6-7 saatdan sonra maya hazır olur.

Çalışın, həm uşaqlarınız, həm özünüz təbii mayadan və kəpəkli undan hazırlanmış çörək yeyəsiniz. Bunu yeyəndən 10 gün sonra öz vücudunuzda müsbətə doğru dəyişiklik hiss edəcəksiniz.

 

(5,723 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.