Bugün lazımsız tüklərin təmizlənilməsi üçün nə qədər vasitələr olmasına baxmayaraq yenə də təbii və ziyansız üsulların istifadəsinin yeri var. Bu resept Misirdə çox istifadə olunur həm də hamının hazırlayıb istifadə edə biləcəyi bir reseptdir.

Lazım olanlar: Şəkər tozu 2 stekan, 1 ədəd limon şirəsi – deməli şəkər tozunu kiçik qazana tökün, üstünə limon şirəsini əlavə edin, elə edin ki, şirə şəkərdən yuxarı çıxsın, çıxa bilməsə su qarışdırın, sonra vam oda qoyun, qaynama vaxtına çatanda 1 dəqiqədən artıq qaynatmayın və oddan götürün, çox qaynayanda təsiri azalır, yenidən hazırlamanız lazımdır. Soyudun və istənməyən tüklərin üstünə tərsinə doğru çəkin. 20-30 dəqiqə sonra ilıq su ilə yuyun, vəssalam tüklər töküləcək. Bundan sonra çıxan tüklər isə cod olaraq çıxmayacaq.

Qalın tüklərin nazikləşdirilməsi: bəzən qalın tüklər problem törədir, əsasəndə xanımlarda, bunun çox sadə bir əlacı vardır. Deməli, yarım stekan sarıkök tozunun üstünə xəmir kimi olana qədər qaynar su əlavə edin və bu maskanı qalın tüklərinizin üstünə çəkin. 20-25 dəqiqə saxlayıb yuyun, bunu gündə 1 dəfə istədiyiniz ölçünü alana qədər edin. Xatırladım ki, sarıkök antioksidantlarla zəngindir və dəri üçün faydalıdır.

(3,855 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.