Sağlam qidalanma və ya xəstəliklər mənbəyi haqqında geniş yazılarım olacaq. İndi toyuq ətinin saxlanılması, böyüdülməsi və ən əsası sağlamlığımızın əldən getməsi haqqında yazılarım olacaq.

Bəli, bugün hamıya bir şey aydındır ki, 6-8 aya 1 kq olan toyuq, indi 1 aya 1 kq olur və bunun insan oğluna necə təsiri vardır. Əvvəla sənaye mühitində böyüdülən toyuqlarda bir-birinə sıx yaşadıqları üçün xəstəlik törədən mikroorqanizmlərin inkişaf etməməsi üçün yüksək dozda antibiotik və dezinfeksiyaedicilər vurulur ki, bu da insan orqanizmində antibiotiklərə olan dirənişi artırır, immun sistemini aşağı salır, bağırsaq mikroflorasını məhv edir. Bir aya bir kilo olan toyuqların yemlərinə qarışdırılmış sürətli böyüdücülər insanlara əsasən də böyüməkdə olan uşaqlara da təsir edir, həm sürətli böyümə (daha çox piylənmə) əmələ gəlir və belə insanların fəqərələrinin arasındakı qığırdaqlar o qədər yumşaq olur ki belə insanlarda bel yırıqları və fəqərə sürüşmələri tez-tez rast gəlinir. Böyüməkdə olan uşaqların hormonal pozulmaları baş verir, baxın cücələr yumurtadan çıxandan sonra 1 gün keçdikdən sonra işçilər hansı cücənin erkək və hansı cücənin dişi olmasını bilir, xoruzlar həmən məhv edilir, üyüdülür və yemlərə qarışdırılır, çünki toyuqçuluqda xoruza tələbat yoxdur, çünki mayalanma süni üsulla aparılır, dişilərin isə həmən dimdikləri kəsilir, ona görə ki toyuqlar böyüyəndə bir-birilərini dimdikləyib yeyə bilməsinlər, bilirsinizmi ki niyə toyuqlar bir-birlərini yeyirlər, çünki belə toyuqlarda həmişeə kalsium çatışmır və kalsiuma təlabatı ödəmək üçün bir-birlərinin diri-diri ətlərini yeyirlər. Dişi toyuqlara daima yumurtalamaq üçün yeməklərinə xüsusi dərmanlar qarışdırılır, belə ət və yumurtaları yeyən kişilərdə kişilik hissləri ölməyə başlayır, erkən tük tökülmələr və prostat vəzilərində problemlər başlayır.

(3,075 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.