Vərəm xəstəliyi əsasən kasıblıq, şəraitsizlik xəstəliyidir, desək yanılmarıq, çünki qidalanma normal olmadıqda və nəmli, rütubətli şəraitdə yaşayanda daha çox vərəmə yoluxma baş verir. Müasir dövrdə vərəm xəstəliyi daha çox antibiotiklərlə müalicə olunur. Bu da bəzən başqa orqanların sıradan çıxmasına səbəb ola bilir. Vərəmin bitkilərlə müalicəsi isə həm çox faydalıdır, həm də sərfəli. Təsir edən bitkilər antimikrob, antibakterial təsirli olmalı və immuniteti gücləndirməlidir. Onu da nəzərinizə çatdırım ki, vərəmin müalicəsində bədən çəkisinin artırılması da şərtdir.

Vərəm əleyhinə məcun:

Udi hindi – 40 qram (çox güclü antimikrob təsiri vardır)

Qarazirə – 40 qram (bədəndə helper hüceyrələrini artırır, bununla da immun sistemini gücləndirir)

Güləm – 60 qram (tərkibində həm arı südü, həm də çiçək tozu vardır ki, immunteti və iştahanı artırır, bədənin xarici təsirlərə qarşı müqavimətini yüksəldir)

Mayasarmaşığı qozaları – 40 qram (vərəm çöplərinə öldürücü təsir edir)

Zəncəfil – 40 qram (pozulmuş qan dövranını bərpa edir, bədənə qızışdırıcı təsir edir, orqanların qidalanmasını yaxşılaşdırır)

Adaçayı – 40 qram (vərəm mikroblarını öldürür)

Bal – 1 kq (ən yaxşı daşıyıcı və immunitet yüksəldicidir)

Nehrə yağı – 1 kq (orqanizmin fiziki gücünün atması üçün əhəmiyyətlidir)

Üyüdülmüş və qovrulmuş dəyirman unu – 0.5 kq (orqanizmin fiziki gücünü artırır və mineral itkisini bərpa edir)

Bu məcundan xəstəliyin ağır formalarında gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı, yüngül formalarında isə gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yemək lazımdır.

(1,448 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.