Dəyərli dostlar, tibbi nəbəvi kitabında bizlərin öyrəniləsi hələ çox metodlar, üsullar və istifadəsi isə qadağan edilmiş nə qədər üsullar vardır ki, hələ də istifadə edirik. Gəlin, çox qısa olaraq üsul və metodlara nəzər salaq və inşAllah ki, öz həyatımızda bunlardan istifadə edək. Peyğəmbərimiz (Səlləlləhu aleyhi vəsəlləm) həmişə sağlamlıq vaxtı xəstəliyinizin qədrini bilin demiş və canımızın Allahdan bir əmanət olaraq söyləmiş, onu qorumaq bizim boynumuzun borcudur – demişdir.

Əgər bir yerdə vəba görmüsünüzsə ora getməyin, getmisinizsə ordan çıxmayın kəlməsində görün nə qədər hikmət var. Vəba bir infeksion yolxucu xəstəlikdir, yolxucu xəstəliyin qarşısının alınması və yayılmaması üçün mükəmməl bir metod:

Peyğəmbərimiz (S. A. S.) müalicə zamanı həmişə müalicə ilə paralel dua etməyi də tövsiyyə etmişdir və şəfanın yalnız Allahdan istənilməsini vacib saymış, başqa şeylərdən istənilən şəfanı hətta günah saymışdır. Duadan yaxşı insanı müsbət enerji ilə yükləyən başqa bir üsul varmı? – məncə yoxdur. “Ey Allahın qulları, müalicə olunun şəfa Allahdandır. Bütün dərdlərin şəfası vardır, yalnız qocalıqdan başqa. Allahın haram qıldığında şəfa axtarmayın, şəfa halal nemətlərdədir.” Dərman hazırlamaq üçün qurbağaları yığıb öldürən bir səhabəyə bunu qadağan etmişdir. Peyğəmbərimiz (S. A. S.) həmişə sağlam olmaq üçün pəhrizi dönə-dönə qeyd etmiş, “bütün xəstəliklərin qapısı mədədir, mədə xəstəliklərin çarəsini isə pəhrizdə axtarın” – söyləmiş sonra isə “Oruc tutun, şəfa tapın” hədisini demişdir.

Peyğəmbərimiz o dövrdə çox yayılmış müalicə metodları olan dağlama üsulunu qadağan etmiş, amma qanalma (hicama) üsulunu isə çox sevmiş, həm özü demək olar mütəmadi qan aldırmış və həm də ümmətinə qan aldırmanı tövsiyyə etmişdir. Peyğəmbərimiz (S. A. S) hicama haqqında (Mən mərac səfərində göyün 7 qatını keçdim, qarşıma sonsuz sayda mələk orduları çıxdı, hamısı mənə ümmətinə hicamanı əmr et, hicamanı sevdir deyə söyləyirdilər) Peyğəmbərimiz (Səlləlləhu aleyhi vəsəlləm) xristian həkiminə müalicə olunmasına pis baxmamış, hətta Taifdə yaşayan xristian Haris b.Kəldə-nin tibbi biliklərinə güvənmişdir.

Peyğəmbərimiz (Səlləlləhu aleyhi vəsəlləm) xəstə ziyarətini çox bəyənmiş, amma xəstənin yanında çox oturulmasını bəyənməmiş, xəstənin yanında ona dua edilməsini istəmiş, üzücü hadisələrdən danışılmasının əleyhinə olmuşdur.

Peyğəmbərimiz (Səlləlləhu aleyhi vəsəlləm) xəstələrinizi zorla yedizdirib içizdirməyin, demişdir onları Allah yedizdirir, şəfa yenə də pəhrizdədir söyləmişdir. Peyğəmbərimiz (Səlləlləhu aleyhi vəsəlləm) balı çox sevmiş və xəstəliklərin müalicəsində ondan istifadəni söyləmişdir. Şəfa 2 şeydədir: balda və Quranda – burda balın insan orqanizmi üçün nə dərəcədə qiymətli olduğunu işarət etmişdir.

Peyğəmbərimiz (Səlləlləhu aleyhi vəsəlləm) belə demişdir: “Xəstələndiyiniz zaman həkimə gedin, həkimin haqqını verin, əgər şəfa tapmasanız haqqınızı tələb edərək verdiyinizi geri alın.”

(2,876 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.