Bu yazını yazmağa məni marketlərimizdə satılan tərkibində sadəcə soda olan suların bizim millətə mineral su adı altında (üzr istəyirəm ifadəmə görə) sırımaları vadar etdi. Mineral suyun tərkibində onlarla elementlər üzvi birləşmələr olur ki, hansıki bizim bədənimizin həmin minerallara həmişə ehtiyacı vardır. Bu gün təbii mineral sular qazlaşdırılmış vəziyyətdə satılır. Bəli, bu belə olmalıdır əks təqdirdə su tez xarab olar, amma mineral suyu içəndə ən azından 5-10 saat öncədən qapağı açılmalıdır ki, qazı azalsın belə etsəniz sizə çox faydalı olar.

Bu gün bəzi insanların yanlış bir düşüncəsi vardır, guya təbii mineral sular böyrək və öd daşlarını çoxaldır, daşdan əziyyət çəkənlər mineral su içməsinlər. Tamamən səhv bir fikirdir, əksinə öd və böyrək daşından əziyyət çəkənlər daha çox mineral sular içməlidirlər, mineral sular daşları əridir və yeni daşların əmələ gəlməsinin qarşısını alır. Mineral suların tərkibindəki kalsium sümük toxuması üçün əvəzsiz qidadır. O insanlar ki, infarkt olarlar həmin insanların toxumalarında maqnezium və kalium elementləri azlıq edər, maqnezium çatışmazlığı həm də əzələ qıcolmalarına, iflicə səbəb olar. Mineral sularda ən çox olan minerallar kalium və maqneziumdur.

Bizlər bir şeyə də diqqət etməliyik, adi qazlı su ilə təbii mineral sularda eyni deyil, beləki adi qazlı sular bədənimizin mühitini turşlaşdırır, amma mineral sular isə əksinə qələviləşdirir. Unutmayın, bütün çarəsi tapılmayan xəstəliklər turş mühitdə əmələ gəlirlər. Bəzi insanlar ümumiyyətlə süd məhsullarını istifadə edə bilmirlər bəs onda belə insanlar kalsiuma olan tələbatı necə ödəməlidir? Ən alternativ variant qələvi mədən sularıdır. Kalsium çatışmazlığı həm də sinir oyanmalırına səbəb olur. Bunlardan başqa yod, flor, mis, sink, bikarbonatlar və sairələr bədənimizin təməl daşlarıdırlar. Hələ bu azmış kimi dırnaqarası işbazlar meyvə suyu ilə mineral suyu qarışdırmış soda əlavə etmiş və guya meyvəli mineral sular hazırlamışlar – bütün bunlar faydasız, sadəcə cibəgirməkdir vəssalam.

Çalışın, təbii nə varsa onlardan fayda almağa çalışın. Azərbaycanda çoxlu mineral sular vardır, hal-hazırda Vayxır mineral suyu və Qalaaltı mineral suyunda minerallar yetərincədir və olduqca faydalıdırlar.

(1,946 dəfə baxılıb)

Suallarınızı (012) 5618501/ (012) 4927697 nömrələr vasitəsilə əlaqə saxlamaqla verə bilərsiniz.